Valdas Dambrauskas: “Qızıl dubl fantastik olacaq”

08.05.26 | 15:33
Ölkə futbolu

Misli Premyer Liqasının cari mövsümündə çempionluq zirvəsinə yüksələn “Sabah” klubu indi də diqqətini ölkə kubokuna yönəldib. Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas, ölkə kubokunun finalı ərəfəsində Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə geniş müsahibə verib.

Litvalı mütəxəssis “Zirə”yə qarşı keçiriləcək həlledici matç haqqında fikirlərini bölüşərkən, komandasının tarixi nəticəyə bir addım qaldığını vurğulayıb. Dambrauskas qeyd edib ki, ölkə çempionluğundan sonra kuboku da qazanmaq komanda üçün ən böyük hədəfdir: “Premyer Liqanın qalibi olmaq bizim üçün ən böyük mükafatlardan biri idi. Lakin hədəfimizdə daha bir titul var. Əgər kuboku da muzeyimizə gətirə bilsək, bu, klub tariximizə qızıl hərflərlə yazılacaq fantastik bir nəticə olacaq. Hazırda bütün kollektivimiz — futbolçulardan tutmuş texniki heyətə qədər hər kəs bu uğurun bir parçası olmaq həvəsi ilə alışıb-yanır. Unutmaq olmaz ki, final matçlarında taleyi çox vaxt xırda detallar və ani məqamlar həll edir”

Rəqibin güclü tərəflərini analiz edən baş məşqçi, “Zirə”nin asan təslim olmayacağını xüsusi vurğulayıb: “’Zirə’ meydanda əsl xarakter nümayiş etdirən, son saniyəyə qədər mübarizədən qopmayan kollektivdir. Rəqib bizi təəccübləndirmək qabiliyyətinə malikdir. Lakin mövsümün elə bir mərhələsindəyik ki, səhv etmək limitimiz tükənib. Onları kifayət qədər yaxşı tanıyırıq və bütün imkanlarına bələdik.Belə həlledici qarşılaşmalarda taktiki gedişlərlə yanaşı, psixoloji dayanıqlıq və meydanın hər qarışında gedən fərdi duellər taleyi həll edən əsas amillərdir”.

Sonda mütəxəssis azarkeşləri bu böyük futbol bayramında komandaya dəstək olmağa səsləyib: “Çox gərgin və maraqlı bir qarşılaşma bizi gözləyir. Bütün azarkeşləri mayın 13-də stadiona dəvət edirəm. İnanıram ki, kuboku qazanan tərəf biz olacağıq”.

Ölkə kubokunun final qarşılaşması mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07