Türkiyə futbolunun tanınmış siması Maykl Eneramo vəfat etdi  

24.04.26 | 23:05
Dünya futbolu

Türkiyə Superliqasında “Sivasspor” və “Beşiktaş” kimi klublardakı çıxışı ilə yadda qalan nigeriyalı hücumçu Maykl Eneramo 40 yaşında dünyasını dəyişib.

Nigeriya mənbələrinin məlumatına görə, hadisə Kadun ştatındakı “U/Yelwa” mini-stadionunda baş verib. Məşq zamanı qəfildən yerə yıxılan sabiq futbolçu dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Nigeriya Futbol Federasiyası milli komandanın sabiq üzvünün ölüm xəbərini rəsmən təsdiqləyib.

Eneramonun ürəyindəki ciddi problemlər hələ illər öncə, o, karyerasının zirvəsində olarkən gündəmə gəlmişdi. 2013-cü ildə “Sivasspor”dan “Beşiktaş”a transfer olunarkən tibbi müayinədən keçən futbolçuda ürək ritminin pozğunluğu və ürək əzələlərinin zəif fəaliyyəti aşkarlanmışdı.

Həkimlər hələ o zaman nigeriyalı forvardın infarkt riskinin yüksək olduğu barədə xəbərdarlıq etmiş və bu səbəbdən onun “Beşiktaş”dakı çıxışı mütəmadi xarakter daşımamışdı.

Maykl Eneramo Türkiyə karyerasında “Sivasspor” və “Beşiktaş”la yanaşı, “Karabükspor”, “Başakşehir” və “Manisaspor”un da formasını geyinib. O, xüsusilə “Sivasspor”un heyətində göstərdiyi məhsuldarlıqla azarkeşlərin sevimlisinə çevrilmişdi.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27