Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22
Dünya futbolu

“SportoweFakty” nəşrinin məlumatına görə, Polşa millisinin məşqçi heyəti “Sabah”ın müdafiəçisi Timoteuş Puxaçı diqqətdə saxlayırlar. UEFA Çempionlar Liqasında “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olduqları matçda təmsilçimizin heyətində 90 dəqiqə meydanda olan 27 yaşlı futbolçu, oyundan sonra yığmasının əməkdaşları ilə əlaqə saxladığını bildirib.

Güclü rəqibə qarşı çıxış etmək imkanı qazanan Puxaç polşalı mütəxəssislərin diqqət mərkəzində olmasından məmnunluğunu gizlətməyib: “Mənimlə əlaqə saxladılar, hazırda diqqətlə izlənilirəm. Bu, çox sevindirici haldır. ‘Old Trafford’da məni canlı izləmək üçün kiminsə olub-olmadığını dəqiq bilmirəm, amma fikrimcə, yaxşı təsürat bağışladım”.

Polşa millisinin sentyabr-oktyabr toplanışı  yaxınlaşır. Millətlər Liqasının növbəti matçları üçün heyətə dəvət edilən futbolçuların siyahısı sentyabrın 18-də açıqlanacaq.

Polşalıları qarşıda dörd vacib qarşılaşma gözləyir: komanda Bosniya və Herseqovina (25 sentyabr, 5 oktyabr), İsveç (28 sentyabr) və Rumıniya (2 oktyabr) seçmələri ilə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35