Taleh Ziyadov EKC-nın Direktorlar Şurasına üzv seçildi

23.04.26 | 22:21
Digər növlər

Azərbaycan Badminton Federasiyasının rəhbərliyi Danimarkanın Horsens şəhərində keçirilən Avropa Badminton Konfederasiyasının (EKC) illik ümumi yığıncağında iştirak edib. Tədbir çərçivəsində təşkilatın rəhbər orqanlarına keçirilən seçkilər ölkəmiz üçün əlamətdar nəticə ilə yekunlaşıb.

Olduqca gərgin və rəqabətli mühitdə keçən seçkilərdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov böyük uğura imza atıb. O, səsvermənin nəticələrinə əsasən, 2026–2030-cu illər müddətinə Avropa Badminton Konfederasiyasının Direktorlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Direktorlar Şurasındakı 3 vakant yer uğrunda Avropanın müxtəlif ölkələrini təmsil edən 8 namizəd mübarizə aparıb. Qurumun 50 üzvündən 47-sinin iştirak etdiyi səsvermədə Taleh Ziyadovun namizədliyinin dəstəklənməsi Azərbaycanın beynəlxalq idman arenasında artan nüfuzunun və son illər bu idman növünün ölkəmizdəki inkişafına verilən yüksək qiymətin göstəricisidir.

Bu təyinat növbəti dörd il ərzində Azərbaycanın qitə badmintonunun idarəedilməsində və strateji qərarların qəbulunda yaxından iştirakını təmin edəcək. Bu həm də yerli idmançılarımızın beynəlxalq təcrübə qazanması və ölkəmizdə badmintonun kütləviliyinin artırılması istiqamətində yeni imkanlar açır.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10