Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq şahmat turniri davam edir. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın 6-cı turunda növbəti partiyasını keçirib. Təcrübəli şahmatçımız bu turda Yunanıstan təmsilçisi Nikolas Teodorunu məğlub edərək hesabına mühüm xal yazdırıb.

Xatırladaq ki, Ş.Məmmədyarov daha əvvəl Vidit Qucratini (Hindistan) üstələmiş, Arjun Eriqaisi (Hindistan) və Hans Niemann (ABŞ) ilə heç-heçə oynamış, Nodirbek Abdusattorov (Özbəkistan) və Muxiddin Mədəminova (Özbəkistan) isə məğlub olmuşdu. Hazırda aktivində 3 xal olan qrossmeysterimiz turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Yarışın “Challengers” qrupunda mübarizə aparan digər iki şahmatçımız – Eltac Səfərli və Məhəmməd Muradlı 6-cı turda üz-üzə gəliblər. Azərbaycan derbisi sülhlə başa çatıb. Bu nəticədən sonra xallarını 5-ə çatdıran M.Muradlı turnir cədvəlinə başçılıq etməkdə davam edir. 2 xalı olan E.Səfərli isə 9-cu pillədədir.

Ümumi mükafat fondu 121 500 dollar olan turnir dairəvi sistem üzrə keçirilir. 9 turdan ibarət olan beynəlxalq yarışa iyunun 15-də yekun vurulacaq.

Paylaş:

Xəbər Lenti

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

13.06.26 | 12:14

96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46

İngiltərə millisi oğurluq qurbanı oldu!

13.06.26 | 11:45

Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16

Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23

“Sabah” müdafiə xəttini braziliyalı ilə gücləndirdi

13.06.26 | 10:48

ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27

Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54

Lamin Yamalın tez sağalmasının sirri bəlli oldu

12.06.26 | 17:47

Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36

“Qarabağ” gənc qapıçısı ilə yollarını ayırdı

12.06.26 | 17:45

TV PROQRAM

12.06.26 | 17:39

“Kəpəz”də yeni baş məşqçi

12.06.26 | 16:57

A qrupunun ikinci oyunu: Cənubi Koreya Çexiyanı məğlub etdi

12.06.26 | 07:01

Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33

Lamin Yamal qayıtdı!

12.06.26 | 07:01

Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50

FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08

Millilərimizin rəqibləri bəlli oldu

11.06.26 | 23:18

Məmmədyarov mövqeyini itirir, Muradlı isə liderliyini qoruyur

11.06.26 | 23:44