“Şəfa”nın çempionluğu təxirə düşdü

06.05.26 | 22:08

Futbol üzrə I Liqada 25-ci turun növbəti oyunları baş tutub. İkinci oyun günündə keçirilən üç qarşılaşma turnir cədvəlidəki tarazlığı dəyişib, xüsusilə çempionluq yarışı yeni mərhələyə qədəm qoyub.

Günün diqqət mərkəzində olan matçda lider “Şəfa” səfərdə “Difai”nin qonağı olub. Qələbə qazanacağı təqdirdə sona iki tur qalmış həm çempionluğu, həm də Premyer Liqaya vəsiqəni rəsmiləşdirəcək paytaxt təmsilçisi bu şansı əldən verib. Qolsuz bərabərliklə bitən oyun liderin xal itkisi ilə nəticələnib.

Təqibçi “Səbail” isə bu fürsətdən maksimum yararlanıb. Zaqatala səfərində yerli komandaya aman verməyən “dənizçilər” 3 cavabsız qolla inamlı qələbə qazanaraq liderlə aradakı xal fərqini 5-ə endiriblər. Günün digər qarşılaşmasında isə “Şimal” və “MOİK” hərəyə bir qol və bir xalla kifayətləniblər:

“Şimal” – MOİK 1:1

“Difai” – “Şəfa” 0:0

“Zaqatala” – “Səbail” 0:3

25-ci tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.Hazırda komandalar cədvəldə aşağıdakı ardıcıllıqla qərarlaşıb:  1. Şəfa – 54, 2. Səbail – 49, 3. ASTA Mingəçevir – 45, 4. Bakı Sportinq – 42, 5. Şahdağ Qusar – 41, 6. MOİK – 30, 7. Zaqatala – 25, 8. Cəbrayıl – 24, 9. Şimal. 17, 10. Difai – 15

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46