Premyer Liqada V turun oyunları davam edir.
Günün ilk matçında “Kəpəz” evdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikdən sonra turun digər qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Şamaxı”nı qəbul edib.
Meydan sahibləri ilk hissədə hesabı açıblar. “Sumqayıt”ın heyətində Jeam Oliveyra 25-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib.
“Şamaxı” ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Edqar Adilxanov 54-cü dəqiqədə topu rəqib qapısından keçirərək oyunda tarazlığı bərpa edib.
Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, “Sumqayıt” və “Şamaxı” 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.
Sumqayıt – Şamaxı 1:1 (1:0)
Jem, 25 – Adilxanov, 54
Baş hakim: Əli Əliyev
Sumqayıt: Xəyal Fərzullayev, Rüstəm Əhmədzadə, Nihad Əhmədzadə, Jem Oliveyra, İsa Suliman (k), Sedrik Badolo, Ronaldo Vaskes (Vüsal Paşayev, 80), Keffel, Lukas Blek (Emil Mustafayev, 63), Tyaqo Almeyda (Nadir Orucova, 80), Renan Santana
Şamaxı: Rikardu Ferneş (k), Emin Rüstəmov, Oruc Məmmədov (David Deqo, 79), Edqar Adilxanov (Uğur Cahangirov, 68), Filipe Markeş, Rikardo Apolinario, Ayman Bualı (Həbib İsmayılov, 68), Jota, Abdullahi Şuaybu (Tornike Axvlediani, 46), Ruy Paşeku, Abdul Rəşid Mumini.
Xəbərdarlıq: Əhmədzadə, Blek, Santana.
Sumqayıt, “SOKAR Polimer Arena” stadionu.