Saşa İliç: “Mətbuatda yazılanlar mənə və kluba qarşı ədalətsizlikdir”

25.04.26 | 23:06
Ölkə futbolu

Premyer Liqanın 29-cu turunda səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Saşa İliç qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib. Serbiyalı mütəxəssis həm qələbəni şərh edib, həm də son vaxtlar barəsində yayılan xəbərlərə sərt reaksiya verib.

Təcrübəli mütəxəssis mətbuatda onun haqqında çıxan xəbərlərdən narazılığını dilə gətirib: tbuatda son vaxtlar haqqımda neqativ informasiyalar yayır. Bu, həm mənə, həm də kluba qarşı böyük ədalətsizlikdir. Futbolçularla heç bir problemim yoxdur. Xahiş edirəm ki, məqalə yazarkən real faktlara əsaslanasınız. Əgər belə hallar təkrarlanarsa, növbəti mətbuat konfranslarına qatılmayacağam. Oyuna gəldikdə isə, bizim üçün vacib olan 3 xalı qazandıq”.

Məşqçi komandanın kapitanı Səbuhi Abdullazadənin meydandakı etirazlarına və əvəzlənməsinə də aydınlıq gətirib: “Səbuhiyə böyük hörmətim var, o, millinin vacib üzvüdür və böyük potensiala malikdir. Onu bəyənmədiyimi deyə bilmərəm, sadəcə oyununda bəzi dəyişikliklər etməlidir. Futbolda əvəzlənmə normal haldır. Rəhbərliklə müzakirə aparmışıq. Mövsümün qalan hissəsində gənc oyunçulara daha çox şans vermək qərarına gəldik. Strategiyamız bundan ibarətdir”.

Gələcək taleyi ilə bağlı sualı isə o, belə cavablayıb: “Hazırda bütün diqqətimizi qarşıdakı dörd oyuna yönəltmişik”.İliç avrokubok şansları və Nikola Nikoviçin reallaşdıra bilmədiyi penalti barədə də danışıb: “Avrokuboklar uğrunda mübarizə aparırsansa, birbaşa rəqiblərinlə oyunlarda xal itirməməlisən. Penalti məsələsinə gəldikdə isə, futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əhmədzadə də dəqiq olmamışdı. Nikoviç bizim üçün dəyərli oyunçudur. Növbəti penaltini kimin vuracağını isə zaman göstərəcək”.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07