FİFA milli komandaların iyun ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. Son yenilənməyə əsasən, millimiz 2 pillə geriləyərək 1132 xalla 126-cı yerdə qərarlaşıb. Hesabat dövründə iki yoldaşlıq görüşü keçirən yığmamız Malta ilə oyunda məğlubiyyətlə (0:2) üzləşsə də, növbəti matçda San Marino üzərində çətin qələbə qazanıb (2:1).
Reytinq cədvəlində yığmamızın ən yaxın izləyicisi Estoniyadır (1130.64 xal). Azərbaycandan bir pillə öndə isə Surinam (1132.43 xal) yer alıb.
Yığmamızın Millətlər Liqasının D divizionundakı rəqibləri reytinqdə aşağıdakı kimi sıralanıblar: Litva 1056.85 xalla 149-cu, Lixtenşteyn isə 797.70 xalla 206-cı pillədə qərarlaşıb.
Dünyanın “Top-10″luğu:
FİFA reytinqinin ilk onluğuna son dünya çempionu Argentina başçılıq edir. Dünyanın ən güclü 10 komandasının ardıcıllığı isə belədir:
1. Argentina – 1877.27 xal
2. İspaniya – 1874.71 xal
3. Fransa – 1870.70 xal
4. İngiltərə – 1828.02 xal
5. Portuqaliya – 1767.85 xal
6. Braziliya – 1765.86 xal
7. Mərakeş – 1755.10 xal
8. Niderland – 1753.57 xal
9. Belçika – 1742.24 xal10. Almaniya – 1735.77 xal