Ağdam klubu heyəti qorumaq istiqamətində növbəti addımını atıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo ilə bağlanan əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.
Yeni razılaşmaya əsasən, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər «Köhlən atlar»ın şərəfini qoruyacaq.
Qeyd edək ki, «Qarabağ»a 2025-ci ildə qoşulan Bikalyo, ötən müddət ərzində komandanın heyətində 51 rəsmi oyun keçirib və 1 dəfə rəqib qapılarına yol tapıb.