«Kəpəz» yeni baş məşqçisini tapıb

11.06.26 | 14:11
Ölkə futbolu

Serbiyanın «Sportklub» portalının yaydığı məlumata görə, «Kəpəz»in yeni baş məşqçisi postuna əsas namizəd Zoran Vasilyeviçdir. Azər Bağırovun istefasından sonra baş məşqçi postu boş qalan Gəncə təmsilçisi, son bir neçə gündür serbiyalı mütəxəssislə intensiv danışıqlar aparır.

Tərəflər əməkdaşlığın əsas detalları barədə artıq razılığa gəliblər. Mənbəyə görə, Vasilyeviçin «Kəpəz»in sükanı arxasına keçəcəyi demək olar ki, dəqiqdir və müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu xəbərin fonunda İMT rəhbərliyi artıq onun yerinə yeni çalışdırıcı axtarışlarına başlayıb.

Zoran Vasilyeviç kimdir? Bosniya və Herseqovina əsilli mütəxəssis, əsasən Serbiyanın «Voyvodina» klubundakı fəaliyyəti ilə tanınır. O, son illərdə Serbiyanın İMT klubunu üç fərqli dönəmdə çalışdırıb, həmçinin qısa müddət «Radnik» komandasına rəhbərlik edib. Karyerası ərzində «Slaven» (Ruma) və «Kabel» kimi klublarda da işləyən Vasilyeviç, «Voyvodina»da rəhbər vəzifələrdə təcrübə toplayıb. Azərbaycan Premyer Liqasına keçidi mütəxəssisin karyerasında yeni bir çağırış kimi qiymətləndirilir.

Ölkə futbolunun köklü klublarından olan «Kəpəz», ötən mövsümü Premyer Liqada 8-ci pillədə başa vurub.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19