“Sabah”ın yeni transferinin detalları məlum olub: “Qartallar” nə qədər ödəyib?

11.06.26 | 13:07
Ölkə futbolu

“Sabah” klubu heyətini gücləndirdiyi yeni müdafiəçisi Eyden Makkartinin transferi ilə bağlı maraqlı detallar üzə çıxıb. “Bayquşlar”ın Cənubi Afrikanın “Kayzer Çifs”dən heyətinə qatdığı müdafiəçinin transfer dəyəri məlum olub.

“African Times” nəşrinin məlumatına görə, paytaxt təmsilçisi bu transfer üçün qarşı tərəfə təxminən 720 000 manat ödəyib.

Müqavilədə maraqlı şərt də yer alıb: futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 10 faizi yenidən Afrika klubuna ödəniləcək.

Xatırladaq ki, Makkarti “Sabah”ın müdafiə xəttindəki boşluqları doldurmaq üçün atılan ən vacib addımlardan biri kimi qiymətləndirilir.

22 yaşlı müdafiəçi “Kayzer Çifs”in əsas heyətində parlaq debüt mövsümü keçirib. O, ilk tam mövsümündə bütün turnirlərdə 33 matçda meydana çıxaraq 2 qolla yadda qalıb. Makkartinin stabil çıxışı “Kayzer Çifs”in “Betway” Premyer Liqasında 3-cü yeri tutmasına və CAF Konfederasiya Kubokuna vəsiqə qazanmasına kömək edib.

Futbolçunun inkişafı təsadüfi deyil, o, klubun akademiyasından başlayaraq müxtəlif yaş qruplarında çıxış edib. 2024/25 mövsümünün sonuna yaxın əsas heyətə cəlb olunan müdafiəçi, ötən il özünü əsas heyətin dəyişilməz üzvü kimi təsdiqləyib.

“Kayzer Çifs”in idman direktoru Kayzer Motaunq-kiçik transferlə bağlı fikirlərini bölüşüb: “Sabah” klubundan gələn təklifdən sonra Eydenin transferi ilə bağlı razılığa gəldik. Onun gələn mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək komandaya qoşulması bizim üçün qürurvericidir. İnanırıq ki, Eyden Avropada “Amakosi”nin (klubun ləqəbi) adını layiqincə təmsil edəcək. Onun dünya arenasında inkişafını izləməyi səbirsizliklə gözləyirik”.

Paylaş:

Xəbər Lenti

San Marino üzərində qələbə işə yaramadı

11.06.26 | 15:52

Futbolun ən böyük bayramı başlayır: DÇ-2026-ya start verilir

11.06.26 | 15:49

FİFA-dan Haiti millisinə “forma” xəbərdarlığı

11.06.26 | 15:34

Tramp açılış oyununda tribunadakı yerini boş buraxacaq

11.06.26 | 14:58

«Qarabağ» Pedro Bikalyo ilə müqaviləni yenilədi

11.06.26 | 14:08

«Kəpəz» yeni baş məşqçisini tapıb

11.06.26 | 14:11

“Sabah”ın yeni transferinin detalları məlum olub: “Qartallar” nə qədər ödəyib?

11.06.26 | 13:07

Tovuzlular yeni qapıçı axtarır

11.06.26 | 13:57

“Zirə” heyətindəki sabitliyi qoruyur: 5 futbolçu ilə yeni müqavilə

11.06.26 | 13:44

Messi yeni tarixi rekorda imza atdı

11.06.26 | 00:01

Daşkənddə heç-heçə

10.06.26 | 21:33

Millinin seçmə mərhələdəki rəqibləri müəyyənləşir

10.06.26 | 16:48

Cüdoçular turnirlərə hazırlaşır

10.06.26 | 16:25

Mundialın “itirilmiş” ulduzları: Siyahının zirvəsində kim dayanır?

10.06.26 | 14:04

“Şəfa”müdafiə xəttini gücləndirir

10.06.26 | 14:15

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21