Messi yeni tarixi rekorda imza atdı

11.06.26 | 00:01
Dünya futbolu

Argentina millisinin üzvü Lionel Messi yoldaşlıq oyununda İslandiya qapısına yol tapmaqla növbəti tarixi nailiyyətə imza atıb. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən 38 yaşlı hücumçu, milli formayla vurduğu qolların sayını 117-yə çatdırıb.

Bununla da Messi 38 yaş 350 günlüyündə Argentina yığmasının heyətində fərqlənən ən yaşlı oyunçu kimi tarixə düşüb. O, bu göstərici ilə 1957-ci ilin iyulunda əfsanəvi Anxel Labrunanın müəyyənləşdirdiyi (38 yaş, 282 gün) uzunömürlü rekordu yeniləyib.

Argentina futbolunun canlı əfsanəsi olan Anxel Labruna (1918–1983) “River Pleyt”in 1940-cı illərdəki məşhur “Maşın” (“La Máquina”) komandasının lideri kimi tarixə düşüb. Karyerasının böyük hissəsini vətənində keçirən hücumçu, xüsusilə “Superklasiko”ların ən məhsuldar oyunçusu olması ilə yadda qalıb. “Boka Xuniors”un qapısına 16 dəfə yol tapan Labrunanın “Bombonera” stadionuna çıxarkən rəqib azarkeşləri qıcıqlandırmaq üçün burnunu tutması, bu gün də argentinalı azarkeşlər arasında ən yaddaqalan jestlərdən biri sayılır.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46