İki bürünc medalın astanasında!

15.05.26 | 14:09
Digər növlər

Bolqarıstanın Samokov şəhərində yeniyetmə (U-17) güləşçilərin Avropa birinciliyi davam edir. Yarışın növbəti günündə Azərbaycan millisinin həm oğlan, həm də qız idmançıları xalça üzərinə çıxır.

Bu gün xalça üzərinə çıxan sərbəst güləşçilərimiz Avropa birinciliyinə inamlı start veriblər. Artıq 3 təmsilçimiz rəqiblərini sıradan çıxararaq adını dörddəbir finala yazdırıb. Belə ki, Hüseyn Rzazadə (48 kq), Rəşid Nəzərov (65 kq) və Hakim Tağıyev (110 kq) ardıcıl qələbələrlə 1/4 finala vəsiqə qazanıblar. Digər pəhləvanımız Nihad Süleymanlı (80 kq) mübarizəyə 1/8 final mərhələsindən davam edəcək, Abbas Şafiyev (55 kq) isə xalçaya çıxmaq üçün öz növbəsini gözləyir.

Eyni zamanda, bu gün qızlardan ibarət millimizin iki üzvü Avropa birinciliyinin bürünc medalı uğrunda həlledici xalça döyüşünə çıxacaq. Nuray Cəfərli (46 kq) və Fatma Bayramova (53 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün var qüvvələri ilə mübarizə aparacaqlar. Təəssüf ki, 69 kq çəki dərəcəsində çıxış edən Simurə Abdullayeva təsəlliverici görüşdə rəqibinə məğlub olaraq yarışı medalsız başa vurub.

Hazırda Azərbaycan yığmasının aktivində 7 medal (1 qızıl, 3 gümüş, 3 bürünc) var. Yeniyetmələrin Avropa birinciliyinə mayın 17-də yekun vurulacaq.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10