Premyer Liqanın təmsilçisi «Şamaxı» hücumçu Kərim Rossi ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 32 yaşlı isveçrəli forvardla müqavilənin müddəti başa çatıb. Tərəflər arasında keçirilən müzakirələrdən sonra əməkdaşlığın davam etdirilməməsi barədə qərar qəbul olunub.
Kərim Rossi «Şamaxı» forması ilə çıxış etdiyi müddətdə komandanın hücum xəttindəki fəallığı ilə diqqət çəkib.