Paytaxt təmsilçisi “Sabah” yay transfer pəncərəsində heyətini gücləndirməyə davam edir. “Bayquşlar” yay mövsümündə üçüncü transferini rəsmiləşdirib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyanın “Maritimu” klubundan ayrılan braziliyalı mərkəz müdafiəçisi Junior Almeyda ilə razılıq əldə olunub. 26 yaşlı arxa xətt oyunçusu ilə 3 illik müqavilə imzalanıb.