Azərbaycan Basketbol Liqasında (ABL) mövsümün həlledici final seriyası davam edir. Seriyanın ikinci qarşılaşmasında “Abşeron Lions” öz meydanında “Sabah”ı qəbul edib.
Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan “Sabah”, meydan sahiblərinə ciddi müqavimət belə imkan verməyib. İlk hissədə əldə olunan böyük xal fərqi (19:35) oyunun sonrakı gedişatına birbaşa təsir edib. Görüş qonaq komandanın 112:84 (19:35, 20:22, 23:26, 22:29) hesablı parlaq qələbəsi ilə başa çatıb.
Matçın qəhrəmanı şübhəsiz ki, qalib komandanın üzvü Hassani Qravett olub. O, meydanda göstərdiyi möhtəşəm oyunla statistika rekordlarına imza atıb. Qravett 21 xal, 11 ribaund və 12 assistlə “tripl-dabl” edərək qələbədə əsas pay sahib olub.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk görüşdə də “Sabah” 98:93 hesabı ilə qalib gəlmişdi. İkinci oyundakı uğurdan sonra seriyada hesab qonaqların xeyrinə 2:0-a yüksəlib.
Seriyanın üçüncü və bəlkə də həlledici olacaq qarşılaşması mayın 5-də baş tutacaq. Əgər “Sabah” bu görüşdə də qələbə qazanarsa, çempionluğunu elan edəcək.
Xatırladaq ki, seriyanın bütün oyunları Bakı İdman Sarayında keçirilir.