Sərbəst güləşçilərimiz 4 qızıl medalın bir addımlığında

26.04.26 | 11:12
Digər növlər

Albaniyanın paytaxtı Tiranada böyüklər arasında keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulur. Yarışın son günündə ölkəmizin sərbəst güləş yığmasının 5 təmsilçisi medal mübarizəsinə qoşulacaq ki, onlardan da 4-ü qızıl medal uğrunda yarışacaq. Güləşçilərimizin həlledici mərhələdəki rəqibləri müəyyənləşib.

Turan Bayramov (74 kq) slovakiyalı təcrübəli Taymuraz Salkazanovla qızıl medal uğrunda qarşılaşacaq.  86 kq-ın finalında Arseni Cioyev neytral statuslu İbrahim Kadiyevlə (UWW) qitənin ən güclüsü adını müəyyənləşdirəcək. Əli Tsokayev (92 kq) finalda Bolqarıstan təmsilçisi Əhməd Batayevi sınağa çəkəcək. Qiorqi Meşvildişvili (125 kq) isə ötənilki titulunu qorumaq üçün Macarıstan idmançısı Vladislav Baytsayevlə qarşılaşacaq. Ağır çəkili güləşçimiz ikiqat Avropa çempionu olmaq şansına malikdir.

Bundan əlavə, Nurəddin Novruzov (61 kq) bürünc medal uğrunda ermənistanlı Arsen Arutyunyanla prinsipial qarşılaşmada qüvvəsini sınayacaq. 

Millimiz bu günə qədər keçirilən yarışlar nəticəsində artıq 3 qızıl və 6 bürünc medal qazanaraq yüksək komanda göstəriciləri nümayiş etdirib. Yunan-roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanovun (82 kq) qazandığı qızıl, eləcə də digər üç bürünc medal yığmamızın bu növdəki dominantlığını bir daha təsdiqlədi. Qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxdılar. Sərbəst güləş yarışlarında isə İslam Bazarqanovun (57 kq) çempionluğu komandamızın bu növ üzrə uğurlu startının əsas göstəricisi oldu.Bu gün keçiriləcək 4 final qarşılaşması Azərbaycanın ümumi medal sıralamasında mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mütəxəssislərin rəyinə görə, sərbəst güləşçilərimizin hazırkı forması komanda hesabında liderlər sırasına yüksəlməyə real imkan yaradır.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46