“Real”da “soyuq müharibə”: Mbappe və Bellinqem qarşı-qarşıya

30.04.26 | 14:32
Dünya futbolu

“Real”ın daxilində gərginlik pik həddə çatıb. İspaniya nəhənginin uğursuz keçən mövsümü futbolçular arasındakı münasibətlərə ciddi zərbə vurub. “Journal du Real” nəşrinin məlumatına görə, komandanın ulduzu Kilian Mbappe ilə oyundaşları arasında ciddi qarşıdurma yaşanıb.

“Kral Klubu” bu mövsümü tarixinin qara səhifəsi kimi yaddaşlardan silməyə çalışır. İspaniya Kral Kuboku ilə 1/16 finalda erkən vidalaşmaq, Çempionlar Liqasında mübarizəni dörddəbir finalda dayandırmaq və La Liqada “Barselona”nın kölgəsində qalmaq “Real”ı titulsuz qoyub. Bu ardıcıl uğursuzluqlar isə kollektiv daxilindəki gərginliyi pik həddə çatdırıb.

Mənbənin iddiasına görə, Kilian Mbappe mövsümün boşa verilməsində açıq şəkildə komanda yoldaşlarını ittiham edir. Şəxsi statistikasına arxalanan fransalı hücumçu, vurduğu 41 qolu özü üçün “qalxan” kimi istifadə edərək, məsuliyyəti digər oyunçuların üzərinə atır.

Mbappenin bu mövqeyi paltardəyişmə otağında birmənalı qarşılanmayıb. Xüsusilə Cud Bellinqem ilə Mbappe arasında kəskin mübahisə yaşandığı bildirilir. Bellinqem fransalı ulduzun oyun tərzini və meydandakı effektivliyini sorğulamağa cəsarət edən yeganə futbolçulardan biridir. Kilian Mbappe ətrafında gərginlik artmaqdadır. Bellinqemin başçılıq etdiyi müxalif cəbhəyə digər oyunçuların da dəstək verməsi fransalı hücumçunu kollektiv daxilində təkləyib. Futbolçuların qənaətinə görə, Mbappenin əsas çatışmazlığı həlledici oyunlarda liderlik yükünü üzərinə götürə bilməməsi və fərdi uğurlarını komanda maraqlarından üstün tutmasıdır. Görünən odur ki, ulduz forvard artıq kollektivin deyil, yalnız öz  şəxsi rekordlarının  qayğısına qalır.

“Real” rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolunu köklü dəyişikliklərdə görür. Baş məşqçi Alvaro Arbeloanın taleyi artıq bəllidir, onunla yollar ayrılır. Lakin ispan mediası bildirir ki, proses bununla bitməyəcək. Yay transfer pəncərəsində klubda “paltardəyişmə otağının təmizlənməsi” əməliyyatına start veriləcək və bir neçə aparıcı futbolçunun komandadan göndərilməsi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07