“Qəbələ”nin yeni siması danışdı

14.01.26 | 11:51
Ölkə futbolu

“Qəbələ”nin yeni transferi Seydina Keyta klubun rəsmi saytına müsahibə verib. Təcrübəli seneqallı müdafiəçi komandadakı ilk təəssüratlarını və transferinin pərdəarxası məqamlarını bölüşüb:

Qəbələdə infrastruktur çox yüksək səviyyədədir

 “İlk növbədə komandadakı mühiti və infrastrukturu qeyd etmək istərdim. Gördüyüm qədərilə Qəbələdə şərait çox yaxşıdır. Səhhətimlə bağlı bəzi problemlərə görə oyunlara tam hazırlaşa bilməsəm də, belə peşəkar mühitdə yüksək performans göstərməyin mümkün olduğuna inanıram”.

Azərbaycan futboluna bələd idim

“Azərbaycan futbolu haqqında məlumatım var idi. ‘Qarabağ’ın Çempionlar Liqasındakı demək olar ki, bütün oyunlarını izləmişəm. ‘Qəbələ’ barədə isə hələ gəlməmişdən öncə məlumatlı idim. Çünki komandanın əfsanəvi futbolçularından biri olan Dodo ilə Latviyanın ‘Liepaya’ klubunda bir yerdə oynamışıq. O, mənə “Qəbələ” haqqında çox danışmışdı, hətta onun vaxtilə avrokuboklarda çıxış etdiyi oyunları da izləmişdim. Buna görə də təklif gələndə əlavə araşdırmaya ehtiyac duymadım. Mənim üçün əsas məqsəd gəldiyim klubda müsbət iz qoymaqdır”.

Azarkeşlərə çağırış: “Hər şey yaxşı olacaq”

Sonda azarkeşlərə müraciət edən Keyta, onları komandaya dəstək olmağa çağırıb: “Hazırda klub çətin dövrdən keçir və bu vəziyyətdə azarkeş dəstəyi bizim üçün hər şeydən vacibdir. Söz verirəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq və birlikdə uğurlu nəticələr qazanacağımıza inanıram”.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54