2026/2027 mövsümü üzrə Premyer Liqaya vəsiqə uğrunda keçiriləcək pley-off mərhələsinin «Qəbələ» – «ASTA Mingəçevir» qarşılaşmasının baş hakimi müəyyənləşib.
Peşəkar Futbol Liqasından (PFL) məlumatına görə, matçı FIFA referisi Tural Qurbanov idarə edəcək.
Mayın 28-də «SOCAR Polymer Arena»da baş tutacaq oyun saat 18:30-da start götürəcək.