Qori sınağında uğurlu start: İlk gündə 5 medal

09.05.26 | 21:30
Digər növlər

Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün məhsuldar keçib. 18 ölkədən 191 idmançının qatıldığı turnirdə ölkəmiz geniş heyətlə — ümumilikdə 24 cüdoçu (18 kişi, 3 qadın) ilə təmsil olunur.

Turnirin ilk günündə tatami üzərinə çıxan 16 təmsilçimizdən 5-i fəxri kürsüyə qalxmağı bacarıb. Xüsusilə 66 kq çəki dərəcəsində idmançılarımızın mütləq üstünlüyü diqqət çəkib. Belə ki, bu çəkidə final görüşü “Azərbaycan derbisi”nə səhnə olub: həlledici qarşılaşmada Elşən Əsədovdan üstün olan İslam Rəhimov qızıl medala sahib çıxıb. E.Əsədov isə yarışı gümüş mükafatla tamamlayıb.

Komandamızın aktivinə bürünc medalları isə Babarrəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq) və Rüfət Şovlatov (73 kq) yazdırıblar. Beləliklə, cüdoçularımız yarışın startında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq ümidləri doğruldublar.

Yarışın ilk günündə Məhəmməd Məmişov, Şamo Hüseynov, Murad Muradlı (60 kq), Zahir Ağazadə, Nazir Talıbov, Yaşar Nəcəfov (66 kq), Nadir İmanov, Nəriman Mirzəyev, Eltun İmranov, Bəhram Qurbanlı (73 kq) və qadınların mübarizəsində Mədinə Qaysinova (+78 kq) da qüvvəsini sınayıblar. Avropa Kubokuna sabah keçiriləcək ağır çəkili idmançıların qarşılaşmaları ilə yekun vurulacaq.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46