UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev əməliyyat olunub.
Ağdam klubunun rəsmi məlumatına görə, futbolçunun sol budun arxa qrup əzələlərini təşkil edən yarımvətərli əzələnin distal vətərində zədə aşkarlanmışdı. Həyata keçirilən cərrahi əməliyyat uğurla yekunlaşıb.
Cəfərquliyevin bərpa və reabilitasiya prosesi klubun tibbi heyətinin ciddi nəzarəti altında davam edəcək. Xatırladaq ki, avqustun sonlarında açıqlanan ilkin proqnoza əsasən, müdafiəçinin təxminən 3-5 həftə ərzində yaşıl meydanlara qayıdəcəyi gözlənilir.