Poqba Mourinyo ilə arasındakı “məxfi” fotonun sirri açdı

24.04.26 | 15:00
Dünya futbolu

“Mançester Yunayted”in sabiq ulduzu Pol Poqba, portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə aralarında yaşanan qalmaqallı ixtilafın əsl səbəbini illər sonra açıqlayıb. Fransalı yarımmüdafiəçi Rio Ferdinandın podkastında qonaq olarkən, “Old Trafford”dakı gərgin günlərə işıq salıb.

Poqbanın sözlərinə görə, Mourinyo ilə münasibətləri başlanğıcda olduqca səmimi olub. Lakin zədə dövründə baş verən bir hadisə hər şeyi alt-üst edib: “Mən heç bir məşqçimə qarşı hörmətsizlik etməmişəm. Əvvəllər Joze ilə çox yaxşı anlaşırdıq, zarafatlaşırdıq.  Zədə səbəbindən yaşıl meydanlardan kənarda qaldığım müddətdə həyat yoldaşımla birlikdə çəkilən fotolarım yayıldı.  Mourinyo həmin şəkli agentim Mino Rayolaya göndərmişdi. Mən isə buna bərk qəzəbləndim və ona dedim: “Sən məni kim hesab edirsən? Mən burada gündə üç dəfə məşq edirəm!”

Bu insidentdən sonra tərəflər arasındakı məsafə daha da böyüyüb. Məşq zamanı kameralara düşən mübahisə isə münasibətlərin tamamilə qırıldığının göstəricisi idi. Həmin vaxt Mourinyo Poqbanı vitse-kapitanlıqdan məhrum etmiş və komanda yoldaşlarının yanında onu “virus” adlandırmışdı.

Poqba vurğulayır ki, zədələr və qarşılıqlı anlaşılmazlıq “Xüsusi” ilə olan bağları qoparıb. Nəticədə, 2018-ci ilin dekabrında Joze Mourinyo uğursuz nəticələrə görə istefaya göndərildi. Pol Poqba isə müqaviləsi bitdikdən sonra, 2022-ci ildə azad agent kimi “Mançester Yunayted”i tərk etdi.Bu etiraflar göstərir ki, futbol dünyasının iki nəhəng siması arasındakı münaqişə təkcə taktiki deyil, həm də dərin şəxsi prinsiplər müstəvisində baş verib.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07