Osimhendən nankorluğa sərt reaksiya: “Küçədə su satanda kimsə mənə 1 dollar belə vermirdi”

15.01.26 | 19:08
Dünya futbolu

“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen, uşaqlıq dostuna göstərdiyi köməkdən sonra üzləşdiyi nankorluq barədə danışıb. Nigeriyalı futbolçunun “etinasızlıq” və “hədsiz tələblər” haqqındakı açıqlamaları sosial mediada geniş rezonans doğurub.

Osimhen bildirib ki, keçmişdə uşaqlıq dostuna mütəmadi olaraq maddi dəstək göstərib. Bir gün dostu biznes qurmaq üçün ondan kömək istəyib. Futbolçu bu xahişə cavab olaraq ona 5 min avro göndərib, ancaq aldığı cavab onu şoka salıb: “Dostum mənə dedi ki, xəbərlərdə həftəlik 1 milyon avro qazandığımı oxuyub, ona görə də məndən ən azı 50 min avro gözləyirmiş. Bu sözlər məni çox qəzəbləndirdi. Hətta göndərdiyim pulu geri istəmək barədə düşündüm, amma artıq gec idi“.

Osimhen 5 min avronun dəyərini müqayisə edərək, bu məbləğin Nigeriya üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb: “Avropada 5 min avro bəlkə də yalnız bir cüt bahalı ayaqqabıya kifayət edər, ancaq Nigeriyada bu, biznes qurmaq üçün çox ciddi məbləğdir“.

Ulduz futbolçu Avropaya gəlməzdən əvvəl çəkdiyi çətinlikləri xatırladaraq, insanların göstərilən köməyin qədrini bilməli olduğunu deyib: “Avropaya gəlməzdən əvvəl mənə 1 dollar belə göndəən olmayıb. Mən küçələrdə gecə-gündüz su satmaqla pul qazanırdım. İnsanlar yardımın həcmindən asılı olmayaraq, təşəkkür etməyi və minnətdar olmağı bacarmalıdır. “Mən buna layiqəm, daha çoxunu gözləyirəm” məntiqi tamamilə yanlışdır”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27