DÇ-2026-da qapıçılar arasında tarixi rekorda imza atıla bilər. Söhbət dünya çempionatlarında qapısını toxunulmaz saxlayan qolkiperlərin siyahısına başçılıq etməkdən gedir.
Hazırda turnirin mütləq rekordu iki əfsanəvi qapıçıya məxsusdur: fransalı Fabyen Bartez və ingiltərəli Piter Şilton. Hər iki əlcək sahibi mundiallar tarixində çərçivəni 10 oyunda “quru” saxlamağı bacarıb.
Mundialda iştirak edəcək qapıçılar arasında bu rekordu yeniləməyə ən yaxın namizədlər isə Tibo Kurtua (Belçika), Fernando Muslera (Uruqvay) və Manuel Noyerdir (Almaniya). Hazırda hesabında 7 “quru” oyun olan bu qolkiperlər cari turnirdə tarixi zirvəni fəth etməyə çalışacaqlar.
Dünya çempionatları tarixində ən çox “quru” oyun keçirən qapıçılar:
oyun sayı qapıçı (ölkə)
10 Fabyen Bartez (Fransa), Piter Şilton (İngiltərə)
8 Yan Yonqblud (Niderland), Emerson Leao (Braziliya), Klaudio Taffarel (Braziliya), Zepp Mayer (FDR), Hüqo Lyoris (Fransa)
7 Jilmar (Braziliya), Tibo Kurtua (Belçika), Fernando Muslera (Uruqvay), Iker Kasilyas (İspaniya), Manuel Noyer (Almaniya)