Dünyanın nüfuzlu statistik portalı “Transfermarkt” DÇ-2026-dan kənarda qalan ən bahalı futbolçuların siyahısını dərc edib. Komandalarının turnirə vəsiqə qazana bilməməsi və ya digər amillər üzündən mundialı buraxacaq oyunçuların bazar dəyəri diqqət çəkir.
Reytinqə “PSJ”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya başçılıq edir. Portal onun transfer dəyərini 140 milyon avro olaraq qiymətləndirib.
Siyahıda 100 milyon avroluq bazar dəyərinə malik olan və mundialda görməyəcəyimiz digər ulduzlar da yer alıb: Fermin Lopes (İspaniya), Koul Palmer (İngiltərə) və Dominik Soboslai (Macarıstan).