Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33
Dünya futbolu

DÇ-nin açılış matçında ev sahibi Meksika doğma azarkeşləri önündə Cənubi Afrikanı sınağa çəkdi. Gərginliyin, kobud oyunun və qırmızı vərəqələrin damğa vurduğu qarşılaşmada “atsteklər” inamlı qələbə qazanaraq turnirə 3 xalla start veriblər.

Start fitindən dərhal sonra təzyiqi artıran meksikalılar artıq 9-cu dəqiqədə Kinionesin qolu ilə hesabı açdılar. İkinci hissənin əvvəlində Sitolenin qırmızı vərəqə alması isə qonaqların planlarını tamamilə alt-üst etdi. 67-ci dəqiqədə təcrübəli Raul Ximenes fərqi ikiyə çatdıraraq matçın taleyini həll etdi.

Qarşılaşmanın son dəqiqələri isə meydanda əsl “savaş”a çevrildi. Afrikalıların daha bir futbolçu, meydan sahiblərindən isə Montes kobud oyuna meydandan qovuldu. Ümumilikdə baş hakimin tez-tez vərəqələrə müraciət etməsi ilə yadda qalan matçı meydan sahibləri 10, qonaqlar isə 9 nəfərlə başa vurub.

DÇ-2026-nın final mərhələsi

A qrupu, I tur

Meksika – CAR 2:0

Qollar: Kiniones, 9, Raul Ximenes, 67

Stadion: “Atsteka” (Mexiko, Meksika)

Baş hakim: Uilton Sampayo (Braziliya)

Meksika: Ranxel, Alvarado, Vaskes, Qalyardo, Qutyerres (L. Çaves, 66), Kiniones (Veqa, 79), Lira (Alvares, 76), Montes, Reyes, Fidalqo (Mora, 66), R. Ximenes (Qonsales, 76)

CAR: Uilyams, Adams (Zvane, 61), Mbokazi, Modiba (Appollis, 77), Mokoena, Mudau, Okon, Reyners (Makqopa, 77), Sibisi, Sitole, Foster (Mbata, 56)

Sarı vərəqələr: Qutyerres, 23 – Mokoena, 17.  Sibisi, 74

Qırmızı vərəqələr: Montes, 92 (kobud oyun) –  Sitole, 50 (kobud oyun), Zvane, 84 (kobud oyun)

Paylaş:

Xəbər Lenti

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

13.06.26 | 12:14

96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46

İngiltərə millisi oğurluq qurbanı oldu!

13.06.26 | 11:45

Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16

Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23

“Sabah” müdafiə xəttini braziliyalı ilə gücləndirdi

13.06.26 | 10:48

ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27

Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54

Lamin Yamalın tez sağalmasının sirri bəlli oldu

12.06.26 | 17:47

Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36

“Qarabağ” gənc qapıçısı ilə yollarını ayırdı

12.06.26 | 17:45

TV PROQRAM

12.06.26 | 17:39

“Kəpəz”də yeni baş məşqçi

12.06.26 | 16:57

A qrupunun ikinci oyunu: Cənubi Koreya Çexiyanı məğlub etdi

12.06.26 | 07:01

Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33

Lamin Yamal qayıtdı!

12.06.26 | 07:01

Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50

FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08

Millilərimizin rəqibləri bəlli oldu

11.06.26 | 23:18

Məmmədyarov mövqeyini itirir, Muradlı isə liderliyini qoruyur

11.06.26 | 23:44