Dünya kubokuna gedən yolda cəmi iki addım qaldı! Turnirin həlledici mərhələsində yalnız dörd nəhəng mübarizəni davam etdirir. Bəs iyulun 19-da keçiriləcək möhtəşəm finalda hansı yığmalar üz-üzə gələcək? Həlledici matçın ilk iştirakçısının adı elə bu gecə bəlli olur!
Fransa millisi ən məsuliyyətli və vacib matçlarda necə qələbə qazanmaq lazım olduğunu çox yaxşı bilir. 2018-ci ildə dünya çempionu olan, 2022-ci ildə isə ikinci olan “mavilər” növbəti dəfə yarımfinal həyəcanı yaşayır.
Digər tərəfdən, “qızıl dövrü”ndən sonra yenidən zirvəyə qayıtmaq istəyən İspaniya mübarizə aparır. İspanlar 2010-cu ildə qazandıqları tarixi çempionluqdan bəri ilk dəfə Dünya Çempionatının finalına yüksəlmək əzmindədir.
Dünya çempionatı, 1/2 final
14 İyul, 23:00 Fransa – İspaniy
Hakim: İvan Barton (Salvador)
Stadion: “Dallas Stadium” (Arlinqton, ABŞ)
Canlı yayım: İctimai TV, TRT 1, Match TV