Meydandan qaçış, “Panenka” faciəsi və Seneqalın tarixi zəfəri

19.01.26 | 07:17
Dünya futbolu

2025-ci il Afrika Millətlər Kuboku (AMK) böyük sensasiyalar olmadan başa çatdı. Finala qədər irəliləyən hər iki komanda – həm Seneqal, həm də Mərakeş üçün bu qələbə tarixi əhəmiyyət daşıyırdı. “Atlas şirləri” bu kuboku cəmi bir dəfə, o da uzaq 1978-ci ildə qazanmışdılar. “Teranqa şirləri” isə qitə birinciliyini kifayət qədər yaxın keçmişdə (2021-ci ildə) əldə etsələr də, bu, ölkə tarixinin yeganə zəfəri idi.

Avropalılar Afrika Kubokuna adətən yuxarıdan aşağı baxırlar. Futbol ictimaiyyətində AMK-nın səviyyəsinin aşağı olması və turnirin yalnız təşkilatçılıq xaosu ilə yadda qaldığına dair müəyyən stereotiplər mövcuddur. Bu yanaşma tam ədalətli olmasa da, 2025-ci il turnirində oyunun tamaşaçı zövqünü oxşaması ilə bağlı ciddi suallar yarandı. Hətta ən güclü hücum xəttinə malik komandalar belə, qol epizodu yaratmaqda çətinlik çəkirdilər.

Dramatik sonluq və qalmaqallı dəqiqələr

Olduqca sönük keçən final matçı tarixin tozlu səhifələrində itib-bata bilərdi, ancaq 89-cu dəqiqədən etibarən meydanda əsl triller yaşanmağa başladı. Əvvəlcə rəqiblər qarşılıqlı hücumlarla oyuna rəng qatdılar. Bir neçə dəqiqə sonra isə Rabatdakı azarkeşlərin ürəyi ağzına gəldi: “Teranqa şirləri” künc zərbəsindən qol vurdu. Diufun ötürməsini tamamlayan Cekson, qapı çərçivəsindən dönən topu təkrar zərbə ilə tora göndərdi.

Lakin matçın hakimi hücum zamanı Həkimiyə qarşı olduqca şübhəli bir fol qeydə alaraq qolu ləğv etdi. Seneqallılar bu qərarla barışıb psixoloji olaraq əlavə vaxta hazırlaşarkən, 90+5-ci dəqiqədə bütün stadion şoka düşdü. Hakim Mərakeşin xeyrinə penalti təyin etdi. Brahim Diasın qazandığı bu penalti, ləğv edilən qoldakı epizoddan daha mübahisəli və haqsız görünürdü.

Seneqal meydanı tərk edir!

Bu məqamda futbol tarixində nadir rast gəlinən hadisə baş verdi. Qonaqların baş məşqçisi Malik Çau hakim qərarına o qədər qəzəbləndi ki, komandanı meydandan çıxardı! Təxminən 5-7 dəqiqə ərzində meydanda qeyri-müəyyənlik hökm sürdü. Nəhayət, Sadio Mane komanda yoldaşlarını geri qayıtmağa razı saldı. Mane futbolçuları inandırmaq üçün hətta paltardəyişmə otağına gedən tunelə qədər getməli oldu.

Seneqal meydana geri dönsə də, gərginlik pik həddə idi. Qalmaqal fonunda Mərakeşin penalti yerinə yetirməli olduğu sanki unudulmuşdu. VAR-a baxdıqdan sonra da qərarını dəyişməyən hakim, topu “nöqtə”yə qoydurdu. AMK-2025-in ən yaxşı bombardiri Brahim Dias topun başına keçdi. Lakin onun üzərindəki təzyiq dözülməz idi.

Dias topa yaxınlaşdı və riskli “Panenka” zərbəsini yoxladı… Lakin qol olmadı! Qapıçı Mendi yerindən tərpənməyərək topu rahatlıqla tutdu. Hər kəs “Real”ın ulduzunun “fair-play” naminə bilərəkdən belə etdiyini düşünsə də, Diasın hönkürtü ilə ağlaması hər şeyi izah edirdi.

Əlavə vaxt və Seneqalın zəfəri

Hakim, əsas vaxtı bitirərək oyunu əlavə vaxta daşıdı. Bu dəqiqələrdə Seneqalın psixoloji üstünlüyü açıq-aydın hiss olunurdu. Ev sahibləri penalti uğursuzluğundan ayıla bilmədilər və bu, 94-cü dəqiqədə fəlakətlə nəticələndi. El-Aynaui dayaq zonasında topu itirdi, Seneqal isə sürətli əks-hücumla Bunu-nun qapısına yol tapdı. Qeye topu sol cinahla irəlilədib Papa Quyeyə ötürdü, o isə Həkimini üstələyərək topu sağ “doqquzluğa” mismarladı: 1:0!

Mərakeşlilər yalnız 10 dəqiqə sonra özlərinə gələ bildilər. Ancaq onların bütün cəhdləri nəticəsiz qaldı. Seneqal bu dramatik, qalmaqallı və gərgin finalda layiqli qələbə qazanaraq qitənin ən nüfuzlu kubokunu başı üzərinə qaldırdı.

Paylaş:

Xəbər Lenti

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35