DÇ-2026-nın “J” qrupundakı ilk oyununda Argentina millisi Lionel Messinin het-triki sayəsində Əlcəzair üzərində 3:0 hesablı darmadağınla qələbə qazandı. Qarşılaşmada dünya çempionatları tarixinə növbəti parlaq səhifəni yazan ulduz futbolçunun bir detalı isə azarkeşlərin diqqətindən qaçmayıb.
Messinin meydanda fərqli rənglərdə butslar geyinməsinin səbəbi bəlli olub. İddialara görə, Argentina yığmasının texniki heyəti və futbolçuları oyunun yüksək tempində kapitanla daha rahat vizual kontakt qurmaq üçün bu üsula əl atıblar. Belə ki, fərqli rəngli butslar komanda yoldaşlarına hücum xəttində Messinin mövqeyini daha sürətli təyin etmək imkanı verir.
Turnirə möhtəşəm het-triklə başlayan təcrübəli ulduz, nümayiş etdirdiyi oyun və meydandakı xüsusi statusu ilə rəqiblərinə elə ilk matçdanoq ciddi mesaj göndərib.