Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58
Dünya futbolu

Dünya çempionlarının dəbdəbəli beşulduzlu otellərdə qalmasına öyrəşmişik. Lakin son çempion Argentina bu dəfə hər kəsi təəccübləndirib. Lionel Messi və komandası ABŞ-da lüks sarayda deyil, Kanzas-Siti çayının sahilində, tramvay xəttinin son dayanacağına yaxın yerləşən üçulduzlu “Origin” otelində məskunlaşıb.

Hazırda otelin ətrafı tamamilə mühafizə olunur, eyvandan isə Messinin nəhəng posterləri asılıb. Küçədə isə hər zamanki kimi bayraq dalğalandırıb şüarlar səsləndirən çılğın argentinalı azarkeşlər var.

Bəs bu beşmərtəbəli binanın divarları arxasında nələr baş verir? Almaniyanın BILD nəşri Argentina millisinin düşərgəsindən maraqlı sirləri təqdim edir.

Uğur gətirən rəqəmlər və Messinin “gözətçiləri”           

Karyerasında 6-cı Dünya Çempionatına çıxan Lionel Messi oteldə tək qalır. Onun otaq nömrəsi artıq sirr deyil: 202. İnanclı Argentina azarkeşləri burada da bir işarə görüblər: 2+0+2=4. Bu, komandanın 4-cü dünya çempionluğuna hədəflənməsinin rəmzi hesab olunur. Messini meydanda qoruyan Rodriqo De Paul və Nikolas Otamendi oteldə də kapitanı tək qoymurlar. Onlar Messinin dərhal qonşuluğunda – 203 nömrəli otaqda məskunlaşıblar.

Kart oyunları və çılğın rəqabət

Almanlar asudə vaxtlarında krossvord və ya stolüstü oyunlara üstünlük verdiyi halda, argentinalılar 40 kartla oynanılan ənənəvi “Truco” oyununun dəlisidirlər. Üçnəfərlik komandalar şəklində keçən bu turnirdə Messinin tərəfdaşları De Paul və Leandro Paredesdir. Onların əsas rəqibləri isə Enzo Fernandes, Lautaro Martines və Xulian Alvares triosudur.

“Uğurlu” bərbər və şəxsi rituallar

Argentina millisi ABŞ-a şəxsi bərbəri Daniel Alexandro Albornosu (“Deni Ale”) da gətirib. Oteldə onun üçün xüsusi salon qurulub. “Kopa Amerika-2021” və “DÇ-2022” zəfərlərində komandanın yanında olan bərbərin builki turnirə gətirilməsi də ciddi bir xurafatla bağlıdır – argentinalılar uğurlu heyəti və ritualları dəyişməyi sevmirlər. “Deni Ale” həm də “Truco” kart oyununda Federasiya prezidenti Çiki Tapiya ilə tərəfdaşlıq edir.

Bundan əlavə, futbolçular telefonda “Parchisi” (böyüklər üçün ludo) oynayır və “PlayStation”da (FIFA) güclərini yoxlayırlar.

Yarım ton ət və futbolsuz mate saatı

Komandanın qidalanma rasionu tamamilə nəzarətdədir. Tanış olmayan təamlardan qaçmaq üçün Argentinadan Kanzas Sitiyə düz 500 kiloqram xüsusi ət idxal olunub. Bu ətlər ənənəvi “asado” (manqal) gecələrində bişirilir.

Digər vacib rituallardan biri isə 150 kiloqramlıq mate çay ehtiyatıdır. Nahardan sonra otelin qapalı terrasında mate məclisi qurulur. Çayı qablara süzmək missiyası De Paulun öhdəliyindədir. Bu məclisin dəyişməz bir dəmir qaydası var: Futboldan danışmaq qəti qadağandır! Axşam yeməyindən sonra isə oyunçulara vətəndən gətirilən milli şirniyyatlar mükafat olaraq paylanılır.

Qucaqlaşma otağı və komandanın DJ-i

Düşərgənin əsas uğur düsturu isə 25 ildir millidə çalışan inzibatçı Mario “Marito” De Stefanodur. Onun otağı sanki kiçik bir məbədi xatırladır: azarkeşlərin gətirdiyi talismanlar, müqəddəs ikonalar və Argentinanın himayədarı sayılan Luxan Məryəm Anasının heykəlləri… Uğura inanan futbolçuların hər biri məşqə və ya yeməyə getməzdən əvvəl mütləq “Marito”nun otağına daxil olur, ondan motivasiyaedici bir qucaqlaşma qoparır.

Komandanın musiqi ritmini isə Nikolas Otamendi təyin edir. O, əlindəki nəhəng “Bluetooth” dinamiki ilə komandanın rəsmi DJ-idir və düşərgədə hər kəsi sevdiyi “kumbiya” musiqisinin sədaları altında coşdurur.

Paylaş:

Xəbər Lenti

Fransa Seneqal səddini aşmaqda çətinlik çəkir – YRNİLƏNİR

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32