“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54
Dünya futbolu

Artıq hər şey rəsmiləşdi: Bernardo Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılır. Uzun müddətdir gözlənilən bu qərar həm klub, həm də futbolçu tərəfindən rəsmən təsdiqlənib. “Şəhərlilər” öz “X” (keçmiş Twitter) hesabında portuqaliyalı ulduzun bu yay komandanı tərk edəcəyini elan edib.

Təcrübəli yarımmüdafiəçi “Instagram” hesabı vasitəsilə azarkeşlərə ünvanlandığı vida mesajında duyğularını belə ifadə edib: “Doqquz il əvvəl bura böyük uğurlar qazanmaq istəyən bir gənc kimi gəlmişdim. Bu şəhər və bu klub mənə xəyal etdiyimdən də artığını verdi. Birlikdə qazandığımız uğurlar və qaldırdığımız kuboklar qəlbimdə silinməz izlər qoyacaq əsl mirasdır”.

Bernardo Silva “Etihad”da keçirdiyi 9 mövsüm ərzində “Mançester Siti”nin qızıl dövrünün əsas memarlarından birinə çevrilib. Bu müddət ərzində meydana çıxdığı 451 rəsmi matçda 76 qola imza atan portuqaliyalı yarımmüdafiəçi, “şəhərlilər”lə birlikdə 19 titul qazanıb. Onun zəngin kolleksiyasında 6 Premyer Liqa çempionluğu ilə yanaşı, klubun tarixinə qızıl hərflərlə yazılan 2023-cü ilin Çempionlar Liqası zəfəri xüsusi yer tutur.

Cari mövsümdə onun kolleksiyasına daha bir İngiltərə Kuboku və Premyer Liqa titulu əlavə etmək şansı hələ də qalır. Silva, şübhəsiz ki, klub tarixinin ən parlaq əfsanələrindən biri kimi yaddaşlarda qalacaq.

Hazırda ulduz futbolçunun xidmətində ən maraqlı tərəf İtaliya nəhəngi “Yuventus” hesab olunur. Bununla belə, mətbuatda “Barselona”, PSJ, həmçinin futbolçunun yetirməsi olduğu “Benfika” və “Qalatasaray”ın da onun transferidə maraqlı olduğu bildirilir.

Paylaş:

Xəbər Lenti

“Sabah”a ağır itki: Mikelsin üz sümüyü sınıb

19.04.26 | 14:37

Şahmatçılarımız tarixi zəfərin astanasında

19.04.26 | 14:04

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32