Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

Premyer Liqanın 28-ci turu çərçivəsində günün ən mühüm və prinsipial qarşılaşmalarından biri Zirədə baş tutub. Avrokubok zonasına vəsiqə uğrunda birbaşa rəqib olan “Zirə” və “Neftçi” komandaları Zirə İdman Kompleksinin stadionunda üz-üzə gəliblər. Gərgin mübarizəşəraitində keçən matç sülhlə yekunlaşıb – 1:1.

İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmaya hər iki komanda olduqca yüksək tempdə və hücumameyilli başlayıb. Rəşad Sadıqov və Yuri Vernidubun yetirmələri ilk dəqiqələrdən təşəbbüsü ələ almağa çalışsalar da, rəqiblərin qarşılıqlı intensiv presinqi və müdafiə xəttindəki intizamlı oyunu hesabın erkən açılmasına imkan verməyib. Nəticədə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci hissədə taktiki gedişlər və hücumların kəsəri daha da artıb. Matçın 63-cü dəqiqəsində qonaqlar sükutu pozmağı bacarıblar. “Ağ-qaralar”ın hücumçusu İmad Farac tora yol taparaq paytaxt təmsilçisini önə keçirib – 0:1.

Buraxılan qoldan sonra hesabda geri düşən “Zirə” bütün qüvvəsi ilə irəli atılıb. Məşqçi korpusunun etdiyi əvəzləmələr, xüsusilə fasilədən dərhal sonra meydana daxil olan Brahim Konatenin aktivliyi həlledici rol oynayıb. Görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə məhz Konate səhnəyə çıxaraq baxımlı qolla komandasını məğlubiyyətdən xilas edib və yekun hesabı müəyyənləşdirib – 1:1.

Oyunun son saniyələri isə idman ehtiraslarının pik həddə çatması ilə yadda qalıb. Buraxılan qoldan dərhal sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasında emosiyalarına hakim ola bilməyən Breno Almeyda baş hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu heç-heçə hər iki komandanın turnir cədvəlindəki mövqeyini daha da gərginləşdirərək, avrokuboklar uğrunda mübarizənin son turlaradək davam edəcəyinin siqnalını verib.

ZİRƏ – NEFTÇİ 1:1 (0:0)

Qollar: Farac, 63 (0:1), Konate, 90+4 (1:1)

Baş hakim: İnqilab Məmmədov.

Zirə: Tiaqo Silva, Anatoli Nuriyev (Brahim Konate, 46), Qismət Alıyev (k), Ruan Renato, Enrike Kustodio, Davit Volkov (Leroy Mikkels, 62), Quima (İsmayıl İbrahimli, 69), İssa Cibrilla (Giorgi Papunaşvili, 69), Anje Musinzi, Ayron Qomis, Eren Aydın (Junior Martins, 79).

Neftçi: Kanan Piriç, Emin Mahmudov (k) (Xordan Resabala, 74), Elvin Bədəlov, Emil Səfərov, Falaye Sako, Mustafa Sek, İqor Ribeyro, İfeanyi Metyu (Sessi D’Almeyda, 84), Breno Almeyda (Murad Məmmədov, 87), İmad Farac (Andrey Ştoqrin, 74), Freddi Varqas (Vensan Abubakar, 87).

Sarı vərəqələr: Farac, 45. Varqas, 51. Mikkels, 86, Mahmudov, 89. Konate, 90+7.

Qırmızı vərəqə: Almeyda, 90+5 (birbaşa qırmızı, ehtiyat oyunçular     skamyasından).

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41