Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32
Dünya futbolu

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi yaşıl meydanlardakı uğurlarını biznes müstəvisinə daşımaqda davam edir. “İnter Mayami”nin hücumçusu və səkkizqat “Qızıl top” mükafatçısı İspaniyanın Kataloniya bölgəsini təmsil edən “Kornelya” klubunun rəsmi sahibi olub.

Bayş-Lyoferqat təmsilçisinin rəsmi saytı bu böyük sövdələşməni təsdiqləyərək, argentinalı oyunçunun klubu rəsmən təhvil aldığını elan edib. Hazırda İspaniya futbolunun beşinci divizionunda (Tercera RFEF, 5-ci qrup) mübarizə aparan “Kornelya” yarımpeşəkar səviyyədə çıxış edir.

Klubun son illərdəki mənzərəsi elə də parlaq deyil. Belə ki, 2024-cü ildə üçüncü divizionda yer alan kollektiv, cəmi iki il ərzində iki liqa aşağı yuvarlanıb. Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan komanda, liderdən 5 xal geri qalır və pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

Ekspertlərin fikrincə, Messinin bu seçimi təsadüfi deyil. Ulduz futbolçunu kluba cəlb edən əsas amil “Kornelya”nın güclü futbol akademiyasıdır. Klubun yaydığı bəyanatda Messinin gənc istedadların inkişafına xüsusi önəm verdiyi vurğulanır.

Qeyd edək ki, “Kornelya” akademiyası dünya futboluna bir çox tanınmış simalar bəxş edib. “Arsenal”ın qolkiperi David Raya, Messinin keçmiş komanda yoldaşı Jordi Alba və “Barselona”nın hazırkı müdafiəçisi Jerar Martin məhz bu klubun yetirmələridir.

Görünən odur ki, Messi bu addımı ilə gələcəyin ulduzlarını yetişdirmək və “Kornelya”nı yenidən İspaniya futbolunun üst liqalarına qaytarmaq niyyətindədir.

Paylaş:

Xəbər Lenti

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32

“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33

“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54

Kassano ilə Ronaldo arasında “WhatsApp” qalmaqalı: “Mənə hörmətsizlik etmə!”

17.04.26 | 07:49