Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40
Digər növlər

Gürcüstanda cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə fərdi mübarizəyə yekun vurulacaq.  Bu gün millimizin daha üç üzvü tatamiyə çıxıb.

Günün əsas diqqət mərkəzində olan çəki dərəcələrindən biri 100 kq-dır. Millimizin liderlərindən biri, eks-qitə çempionu Zelim Kotsoyev yarışa inamlı start verib. O, ilk görüşündə Şimali Makedoniya təmsilçisi Nikola Pavlovskini çətinlik çəkmədən məğlub edərək adını 1/8 finala yazdırıb. Bu mərhələdə ukraynalı Yaroslav Davıdçukla üz-üzə gələn Kotsoyev, rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Azarkeşlər təcrübəli cüdoçudan medal kürsüsünə yüksəlməyi gözləyirlər.

Təəssüf ki, ağır çəkilərdə mübarizə aparan digər iki idmançımız üçün turnir uğurlu alınmayıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov startı buraxsa da, ikinci mərhələdə Erik Abramovla qarşılaşmada məğlubiyyətlə üzləşərək çıxışını başa vurub. Qadınların yarışında isə (+78 kq) Mədinə Qaysinova ilk görüşündəcə Elis Startsevaya uduzaraq Avropa çempionatı ilə vidalaşmalı olub.

Hazırda Azərbaycan yığmasının aktivində 4 medal var. Komandamız hələlik qızıl medal qazanmasa da, hesabında 1 gümüş və 3 bürünc medal var.

Qeyd edək ki, fərdi yarışlardan sonra komandalar komanda hesabında da qüvvələrini sınayacaqlar.

Paylaş:

Xəbər Lenti

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56

Jorje Kaşkilya: “Qələbəni Mozesə həsr edirik”

19.04.26 | 22:17

Azər Bağırov: “Yusif İmanov azarkeşlərlə davranışına görə cəzalanacaq”

19.04.26 | 22:34