Jorje Kaşkilya: “Qələbəni Mozesə həsr edirik”

19.04.26 | 22:17
Ölkə futbolu

Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə “Kəpəz”ə minimal hesabla (1:0) qalib gələn “İmişli”nin baş məşqçisi Jorje Kaşkilya qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib.

Mütəxəssis komandasının oyununu analiz edərək bu mühüm qələbəni futbolçulardan birinə həsr etdiklərini bildirib:“Rəqibi yaxşı analiz etmişdik və bütün komanda bu matça tam hazır idi. Meydana yalnız üç xal üçün çıxmışdıq və istəyimizə nail olduq. Bu qələbəni Mozesə həsr edirik. Üç gün əvvəl atasını itirməsinə baxmayaraq, o, bu gün meydanda əzmkar oyun nümayiş etdirdi və qələbəmizdə böyük pay sahibi oldu”.

Baş məşqçi həmçinin taktiki gedişlər və azarkeş dəstəyinə də toxunub: “Məşqlərdə standart vəziyyətlər üzərində çox çalışırıq. Vurduğumuz qol da məhz bu zəhmətin bəhrəsidir. İlk hissədə hesabı artırmaq üçün şanslarımız oldu. İkinci hissədə rəqib daha fəal görünsə də, müdafiədə inamlı oynayaraq üstünlüyümüzü qoruya bildik. Hesab oyuna görədir. Bizi səfərdə tək qoymayan və sona qədər dəstəkləyən azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28