Kassano ilə Ronaldo arasında “WhatsApp” qalmaqalı: “Mənə hörmətsizlik etmə!”

17.04.26 | 07:49
Dünya futbolu

İtaliya futbolunun qalmaqallı və açıqsözlü siması Antonio Kassano, Kriştianu Ronaldu ilə bağlı hər kəsi təəccübləndirən bir sirrin üstünü açıb. Keçmiş hücumçunun sözlərinə görə, Lionel Messini portuqaliyalı ulduzdan üstün tutması Ronaldonu qəzəbləndirib.

Kassano qeyd edib ki, Messinin “tarixin ən yaxşısı” olduğunu bəyan etdikdən qısa müddət sonra portuqaliyalı ulduzdan “WhatsApp” vasitəsilə gözlənilməz bir mesaj alıb. Mesajın tonu kifayət qədər sərt və tənqidi olub. Ronaldo italiyalı həmkarına öz nailiyyətlərini, qazandığı kubokları və qol statistikasını xatırladaraq onu “ağıllı olmağa” çağırıb.

Kassano deyib: “Kriştiano mənə həm mətn, həm də səsli mesaj göndərdi. Səsli mesajında belə deyirdi: “Sən mənə qarşı hörmətsizlik etdin. Bir daha belə etmə. Sən 150 qol vurmusan və cəmi dörd titul qazanmısan”.

Kassano isə bu ittihamlara öz üslubunda cavab verdiyini bildirib. O, fikirlərinin şəxsi təhqir deyil, subyektiv, lakin əsaslandırılmış bir mövqe olduğunu vurğulayıb. “Əziz Kriştiano, qulaq as. Messinin səndən daha yaxşı olduğunu deməkdə heç bir hörmətsizlik yoxdur. Bu, sadəcə bir həqiqətin etirafıdır,” – deyə keçmiş italiyalı futbolçu cavabını bölüşüb.

Kassano, Ronaldonun hər tənqidə bu qədər həssas yanaşmasını anlaya bilmədiyini qeyd edərək, ona bir növ məsləhət də verib. Onun fikrincə, hər şeyə sahib olan bir idmançı başqalarının nə düşündüyünə görə narahat olmamalıdır: “Ronaldo hər şeyə nail olub. O, insanların dediklərinə fikir vermək əvəzinə, sakit və rahat bir həyat yaşamalıdı. O, dünyanın onun haqqında nə düşündüyünə zərrə qədər də əhəmiyyət verməyən Messidən örnək almalıdır”.

Sonunda Kassano futbol tarixinə dair öz şəxsi reytinqini də açıqlayıb. Maraqlıdır ki, o, Ronaldunu futbol tarixinin ən yaxşı 5 oyunçusu siyahısına daxil etmir. Kassanoya görə, futbolun “Olimp” zirvəsində bu adlar dayanır:

1. Lionel Messi

2. Pele

3. Maradona

4. Kroyff

5. Ronaldo (Braziliyalı)Kassano xüsusilə braziliyalı Ronaldonun unikal bir istedad olduğunu vurğulayaraq, Kriştianonun bu dahi adların kölgəsində qaldığını iddia edir. Portuqaliya ulduzunun bu sonuncu açıqlamalara necə reaksiya verəcəyi isə hələlik maraq mövzusu olaraq qalır.

Paylaş:

Xəbər Lenti

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56

Jorje Kaşkilya: “Qələbəni Mozesə həsr edirik”

19.04.26 | 22:17

Azər Bağırov: “Yusif İmanov azarkeşlərlə davranışına görə cəzalanacaq”

19.04.26 | 22:34