“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00
Dünya futbolu

Xavyer Maskerano “İnter Mayami”ni MLS çempionluğuna daşıdıqdan cəmi altı ay sonra gözlənilmədən postunu tərk edib. Messinin klubu artıq yeni baş məşqçi axtarışlarına başlayıb və əsas namizəd “Barselona”nın əfsanəsi Xavi Ernandesdir.

Xavyer Maskeranonun gedişi futbol ictimaiyyətində böyük təəccüb doğurub. Komandanı çətin bir dönəmdə təhvil alan və klubu tarixindəki ilk MLS Kuboku tituluna qovuşduran argentinalı mütəxəssisin bu qərarı “şəxsi səbəblər”lə əlaqələndirilir.

“İnter Mayami” rəhbərliyi boş qalan yeri doldurmaq üçün vaxt itirmədən hərəkətə keçib. TNT Sports-un yaydığı məlumata görə, Messinin “köhnə dostu” Xavi Ernandes bu vəzifəyə ən real namizəddir. Xavinin Avropa təcrübəsi, xüsusilə də topa nəzarətə və hücum futboluna əsaslanan oyun fəlsəfəsi, klubun Messinin ətrafında qurmaq istədiyi strategiya ilə tam üst-üstə düşür.

Klubun maraq dairəsində olan digər adlar da diqqət çəkir. Maraqlıdır ki, namizədlərin hər biri bu və ya digər şəkildə Lionel Messi ilə bağlıdır. Xavi Ernandes onun “Barselona”dakı ən yaxın komanda yoldaşı və sabiq məşqçisi, Marselo Qalyardo isə həmyerlisidir. Digər namizədlərdən Argentina millisini dünya çempionu edən Lionel Skaloninin gəlişi yalnız DÇ-2026-dan sonra mümkün görünsə də, o da ulduz futbolçu ilə sıx bağlara malikdir. Siyahıdakı Tyaqo Motta isə vaxtilə “Barselona”da Messi ilə çiyin-çiyinə çıxış etmiş braziliya əsilli italiyalı mütəxəssisdir.

Yeni baş məşqçi təyin olunana qədər komandanı meydanlara Gilyermo Hoyos çıxaracaq. Müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərəcək Hoyos, eyni zamanda klubun idman direktoru vəzifəsini də icra edir.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32

“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33

“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54