Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55
Ölkə futbolu

Almaniyanın “Kayserslautern” klubunda yay transfer pəncərəsi ərəfəsində ciddi kadr islahatları gözlənilir. Komandadan göndəriləcək ilk oyunçulardan birinin isə millimizin hücumçusu Mahir Emreli olacağı artıq dəqiqləşib. 28 yaşlı forvardın komandanın baş məşqçisi Torsten Liberknextlə münasibətlərinin tamamilə korlandığı bildirilir. Alman mütəxəssis artıq mətbuata açıqlamasında Emrelinin komandadan gedəcəyini dolayısı ilə təsdiqləyib.

İnstaqramda şifrəli mesaj: “Həqiqət həmişə üzə çıxır”

Komandada növbəti dəfə heyətdən kənarda qalan Mahir Emreli sosial şəbəkə fəaliyyəti ilə yenidən Almaniya mətbuatının gündəmini zəbt edib. “Kayserslautern”də dah çox meydandan kənar hadisələrlə yaddaqalan hücumçu “Instagram” hesabının “story” bölməsində sirli bir paylaşım edib: “Həqiqət həmişə üzə çıxır. İrəli addımlamağa davam edin”. Təcrübəli futbolçunun bu sözlərlə konkret olaraq kimi və ya nəyi hədəf aldığı hələlik bəlli deyil.

Bu, Mahirin Almaniya karyerasında ilk belə addımı deyil. O, hələ 2025-ci ilin payızında az oynamağından şikayətlənərək, “Məndən asılı olmayan səbəblərə görə oynamıram” yazmış və baş məşqçi Liberknextə eyham vurmuşdu. Daha sonra isə Zlatan İbrahimoviçin “Bəzi insanlar sənin haqqında pis danışır” sözlərinin yer aldığı motivasiya videosunu paylaşaraq klub daxilindəki gərginliyi ictimailəşdirmişdi.

Məşqə qarşı soyuq münasibət və uğursuz statistika

İnsayderlərin məlumatına görə, tərəflər arasında iplər tamamilə qopub. Baş məşqçi Torsten Liberknext bu yaxınlarda Mahirin məşqlərdəki intizamsızlığını və futbola yanaşmasını kəskin tənqid edib. Jurnalistlərin “Emrelinin heyətdən kənarlaşdırılması gələcək heyət planlamasının bir göstəricisidirmi?” sualına almaniyalı mütəxəssis qısa və birmənalı cavab verib: “Bəli”.

2025-ci ilin yayında “Nürnberq”dən transfer olunan Mahir Emrelinin “Kayserslautern”dəki statistikası da ürəkaçan deyil. Keçirdiyi 10 oyunda cəmi 1 qolla yaddaqalan forvard, yeganə qolunu “Karulsrue” ilə derbi matçında (3:0) vurmuş və həmin emosional qolu rəhmətlik əmisi oğluna həsr etmişdi.

Tarix təkrarlanır: “Bentsenberq”də yolun sonuQeyd edək ki, Mahir Emreli ötən mövsüm “Nürnberq”də 11 qol vurmasına baxmayaraq, xarakterinin “çətin” olduğu əsası gətirilərək cəmi bir ildən sonra komandadan göndərilmişdi. Görünən odur ki, bənzər ssenari “Bentsenberq”də (Kayserslautern şəhərindəki stadion ərazisi) də təkrarlanır. Mahirin sirli mesajının arxasında hansı real səbəblərin dayandığı tezliklə bəlli olacaq, lakin onun Almaniya karyerasının sonuna çatdığı artıq şübhə doğurmur.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46