Levandovskinin xanımı “transfer qazanı”nı qaynatdı

05.05.26 | 08:22
Dünya futbolu

Polşa millisinin kapitanı Robert Levandovskinin həyat yoldaşı Anna sosial şəbəkədəki son paylaşımı ulduz futbolçunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Annanın üzündə Kataloniya rəngləri və “Barselona” emblemi olan fotosunu paylaşması İspaniya mətbuatı tərəfindən “gələcəyə dair gizli mesaj” kimi yozulub.

İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri qeyd edir ki, 2022-ci ildən bu şəhərdə yaşayan Levandovski ailəsi üçün bu, sadə bir foto deyil: “Bu, ailənin “Barselona”nı doğma evi kimi qəbul etdiyini göstərən simvolik bir jestdir”.

Bu paylaşım “Barselona”nın “Osasuna” üzərindəki 2:1 hesablı qələbəsindən öncə edilib. Həmin oyunda Robert Levandovski qollardan birinin müəllifi olub. Klubun rəsmi səhifəsində paylaşılan qol sevincini Anna öz profilində iki ürək emojisi ilə paylaşaraq həyat yoldaşına dəstəyini nümayiş etdirib.

37 yaşlı forvardın kataloniyalılarla sözləşməsi başa çatmaq üzrədir. İspaniya mətbuatının iddiasına görə, rəhbərlik polşalı ulduza yeni müqavilə masaya yatırsa da, şərtlər əvvəlkindən kəskin şəkildə fərqlənir. Belə ki, “Barsa” Levandovskiyə həm məvacibinin ciddi şəkildə azaldılmasını, həm də rotasiya oyunçusu (ehtiyat hücumçu) statusu ilə razılaşmağı təklif edib.

Hazırda ulduz futbolçu üçün ən real namizəd İtaliya nəhəngi “Yuventus” hesab olunur. “La Stampa” qəzetinin məlumatına görə, futbolçunun agenti Pini Zahavi artıq “Yuventus”un baş direktoru Damian Komollini ilə görüşüb.

Levandovski “Yuventus” üçün maaşında fantastik endirimə gedir. İtaliya mətbuatının yaydığı məlumata görə, 37 yaşlı hücumçu Turin klubu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir. Polşalı forvardın illik 8 milyon avro (üstəgəl bonuslar) tələbi, onun hazırda “Barselona”da aldığı 26 milyon avroluq maaşla müqayisədə kifayət qədər təvazökar görünür.İtalyanlar transfer haqqı ödəməyəcək olsalar da, 37 yaşlı oyunçunun ümumi xərcləri hələ də müzakirə mövzusudur. Bundan əlavə, polşalı qolçunun adı “Çikaqo Fayr” (ABŞ), Səudiyyə Ərəbistanı klubları, həmçinin “Milan” və “Fənərbaxça” ilə də hallanır.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07