Gəncənin “Kəpəz” klubu baş məşqçi axtarışını başa vurub. “Sarı-göylər” təcrübəli mütəxəssis Arif Əsədovla prinsipial razılığa gəlib. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və bütün detallar razılaşdırılıb. Hər hansı bir son dəqiqə sürpriz yaşanmazsa, yaxın vaxtlarda rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Arif Əsədov məşqçilik karyerası ərzində “Neftçi” və “Sabah” klublarına rəhbərlik edib, həmçinin Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb.