Mayın 8-10-u aralığında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək nüfuzlu “Böyük Dəbilqə” turniri öncəsi Azərbaycan millisinin heyətində son anda dəyişiklik edilib. Yarışa qatılacaq cüdoçularımız arasında yer alan Uşanqi Kokauri (+100 kq), çəkisi üzrə turnirin əsas favoritlərindən biri hesab olunur.
34 yaşlı təcrübəli cüdoçumuz turnir cədvəlində iştirakçılar arasında reytinq xalına görə ikinci pillədə qərarlaşıb. Bu çəki dərəcəsində əsas reytinq-favorit isə ikiqat dünya çempionu İnal Tasoyevdir.
Qeyd edək ki, Kokauri ilə yanaşı, digər təmsilçimiz Rəşid Məmmədəliyev (73 kq) də öz çəki dərəcəsində turnirin baş favoritləri siyahısındadır.
Xatırlatma: Həm Uşanqi Kokauri, həm də Rəşid Məmmədəliyev bu yaxınlarda Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanaraq yüksək formada olduqlarını sübut ediblər.