Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16
Dünya futbolu

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe karyera hədəfləri barədə danışıb. 27 yaşlı kapitan fərdi rekordlardan çox komanda uğurlarına önəm verdiyini vurğulayıb.

O, dünya çempionatları tarixinin ən yaxşı bombardiri – Miroslav Klozenin rekordunu təzələməkdənsə, ikinci dəfə dünya kubokunu qazanmzğı üstün tutduğunu gizlətməyib: “Əlbəttə, tarixə düşmək istəyirəm. Lakin mənim üçün əsas hədəf Fransaya kubokla qayıtmaqdır. Yelisey çöllərində çempionluğu bayram etməyi hər şeydən üstün tuturam”.

Mbappe indiyə qədər iştirak etdiyi iki dünya çempionatında (2018 və 2022) ümumilikdə 12 qol vurub. Hazırda o, turnir tarixinin ən yaxşı bombardiri Miroslav Klozedən (16 qol) cəmi 4 qol geridə qalır. Aktivində 13 qol olan Lionel Messini də nəzərə alsaq, Mbappenin gənc yaşında göstərdiyi bu performans onun gələcəkdə mundiallar tarixinin ən məhsuldar oyunçusu olacağına şübhə yeri qoymur.

Builki mundial baş məşqçi Didye Deşam üçün Fransa millisində sonuncu olacaq. Mbappe turnirdən sonra komandadan ayrılacaq mütəxəssis barədə də maraqlı fikirlər səsləndirib: “Ona təşəkkür etməyin ən yaxşı yolu dünya çempionu olmaqdır. Deşam qələbə qazanmağı çox sevir. Eşitdiyimə görə, italyanlar onu milliyə gətirmək istəyir. Ümid edirəm ki, o, başqa komandaya rəhbərlik etmək barədə düşünmür. Bu, bizim üçün çətin olardı”.

Fransa yığması üçüncü dünya çempionluğu uğrunda mübarizəyə çərşənbə axşamı İst-Raterfordda, Seneqal kuryerlərinə qarşı matçla başlayacaq.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19