Premyer Liqanın 28-ci turu çərçivəsində Yevlaxda keçirilən qarşılaşma yerli azarkeşlər üçün böyük sevincə səbəb olub. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax”, doğma meydanda “Şamaxı”nı qəbul edərək mövsümün ən kritik qələbələrindən birini qazanıb.
Yevlax Şəhər Stadionunda keçirilən matç gözlənildiyi kimi gərgin və ehtiyatlı oyunla başlayıb. Hər iki komandanın xal itirməkdən çəkinməsi oyunun tempinə təsir etsə də, meydan sahibləri hücumda daha kəsərli görünməyə çalışıblar. Qarşılaşmanın taleyini həll edən yeganə qol 39-cu dəqiqədə vurulub. “Karvan-Yevlax”ın legioneri Coy-Sleyd Mikkels rəqib qapısına yol taparaq komandasını önə keçirib – 1:0.
kinci hissədə “Şamaxı” hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, Fizuli Məmmədovun yetirmələri müdafiədə inamlı çıxış edərək minimal üstünlüyü sona qədər qoruya biliblər.
Bu qələbə “Karvan-Yevlax” üçün sadəcə üç xal deyil, həm də mənəvi baxımdan böyük stimul deməkdir. Ardıcıl ikinci qələbəsini qazanan Yevlax təmsilçisi xallarının sayını 14-ə çatdırıb. Hər nə qədər komanda hələ də cədvəlin zirzəmisində qalsa da, göstərilən mübarizə ruhu elitada qalmaq uğurunda sonadək savaşacaqlarından xəbər verir.
KARV-YEVLAX – ŞAMAXI – 1:0 (1:0)
Qol: Mikkels, 39 (1:0)
Baş hakim: Emin Əliyev.
“Karvan-Yevlax”: Pedru Mateuş, Vadim Abdullayev (k), Eltun Turabov, Vüsal Məsimov, Uğur Cahangirov (Kayl Spens, 39), Rauf Rüstəmli, Emin Rüstəmov, Coy-Sleyd Mikkels (Samir Abdullayev, 81), Şakil Sno, İmani Barker, Piter Kinqs.
“Şamaxı”: Abdulla Seyidəhmədov, Arsen Ağcabəyov (k), Andrey Tırkovyanu, Rüfət Abbasov, Edqar Adılxanov (Alfons Msanqa, 60), Rikardu Apolinario (Abdullahi Şuaybu, 73), Sezar, Oruc Məmmədov, David Santos, Vladislav Veremeyev (Həbib İsmayılov, 46), Kərim Rossi.Sarı vərəqələr: Apolinario, 49. Rüstəmov, 84. Tırkovyanu, 88. Turabov, 90+1.