Qurban Qurbanov: “Hakimlər sanki başlarını itiriblər, amma bu uğursuzluq bizi böyüdəcək”

23.04.26 | 06:07
Ölkə futbolu

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a məğlubiyyətdən (1:2) sonra mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. Təcrübəli mütəxəssis həm oyunun dramatik gedişatını, həm də ölkə futbolundakı hakimlik problemlərini səmimi şəkildə dəyərləndirib.

Qurban Qurbanov ilk növbədə rəqibi təbrik edərək, oyunun yüksək gərginlikdə keçdiyini vurğulayıb: “Ehtiraslı və sona qədər mübarizə ilə dolu bir matç izlədik. Azarkeşlərin bu oyundan zövq aldığına inanıram. Futbolçularıma sona qədər döyüşdükləri üçün təşəkkür edirəm. “Sabah” finala vəsiqəni layiqincə qazandı”.

Oyunun son saniyələrində baş verən penalti epizoduna toxunan baş məşqçi, hakimlərin qərarsızlığını tənqid edib: “Topun ələ dəydiyi aydın görünürdü. Mənim fikrimcə, bu, penalti idi. Lakin mən belə danışanda bəzən deyirlər ki, rəqibin qələbəsinə kölgə salıram. Xeyr, bu belə deyil. Sadəcə, son saniyələrdə bu cür epizodlar gərginliyi artırır. VAR sisteminə müraciət olunmaması da suallar doğurur. Adətən VAR-a baxılırsa, 90% hallarda qərar dəyişir. Görünür, hakimlərin öz izahı olacaq”.

Son zamanlar Azərbaycan futbolunda oyunlardan çox hakimlik səhvlərinin müzakirə olunmasına münasibət bildirən Qurbanov, referilərin psixoloji basqı altında olduğunu qeyd edib: “Hakimlər elə bir təzyiq altındadırlar ki, bəzən özlərini idarə edə bilmirlər. Səhv etmək qorxusu onları daha çox səhvə sövq edir. Düşünürəm ki, bu il hakimlər üçün kabus kimi keçir. Sanki başlarını itiriblər. Amma hamısı özümüzünküdür, azərbaycanlıdırlar. Arzu edirəm ki, özlərinə inamı bərpa etsinlər. Koxalşkinin qırmızı vərəqəsi Rəvan Həmzəzadənin səviyyəsinə uyğun deyildi. Çox sərt qərar idi. Lakin insanı səhvləri böyüdür. Ümid edirəm, gələcəkdə Avropa arenalarında bu səhvlərdən nəticə çıxaracaqlar”.

“Qarabağ”ın bu mövsümü titulla başa vura bilməməsi ehtimalına Qurbanov soyuqqanlı yanaşır: “Dünya futbolunda belə hallar normaldır. Çempionlar Liqası bizi həm fiziki, həm də mənəvi cəhətdən tamamilə tükəndirdi. “Liverpul”u xatırlayın – bir neçə il əvvəl hər şeyi qazanırdılar, sonra isə eniş dövrü başladı. Biz uzun müddətdir zirvədəyik və bu səviyyəni qorumaq asan deyil. Amma biz ruhdan düşmürük. Digər komandaların güclənməsi, intriqanın artması Azərbaycan futbolunun xeyrinədir”.

Sonda azarkeşlərə müraciət edən Qurbanov, belə məğlubiyyətlərin “Qarabağ” ailəsini daha da sıx birləşdirəcəyinə əminliyini ifadə edib.

Paylaş:

Xəbər Lenti

Bayquşun lənəti

23.04.26 | 10:57

Millimiz Avropa çempionu oldu

23.04.26 | 06:59

“Sabah”ın baş məşqçisi: “Hakimlik də futbolla paralel inkişaf etməlidir”

23.04.26 | 06:42

Qurban Qurbanov: “Hakimlər sanki başlarını itiriblər, amma bu uğursuzluq bizi böyüdəcək”

23.04.26 | 06:07

“Sabah” yarımfinala darmadağınla başladı

22.04.26 | 21:18

Həsrət qızıl, Nihat bürünc qazandı, növbə Qurbanındır!

22.04.26 | 21:36

“Sabah” “Qarabağ”ı kubokda da əliboş qoydu

22.04.26 | 21:03

“Siti”də Qvardiola düyünü: 150 milyonluq transfer onu qalmağa razı salacaqmı?

22.04.26 | 17:31

“Neftçi” geri çəkildi: 26 minlik cərimə və bir oyunluq “təskinlik”

22.04.26 | 13:28

Futbol məktəblərdən başlayır: AFFA nümayəndələri Portuqaliyada

22.04.26 | 12:13

Zirvədən uçuruma: “Lester nağılı”nın acı sonu

22.04.26 | 07:25

Cəfərov və Qurbanov xalçaya qızıl medal üçün çıxacaqlar

21.04.26 | 23:26

Yunis Hüseynov hakimlikdən gileyləndi: “VAR bizə gələndə baxırlar, rəqibə yox!”

21.04.26 | 23:49

Rəşad Sadıqov: “Finalda rəqib seçmirəm”

21.04.26 | 23:06

“Zirə” adını finala yazdırdı

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04