Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Zirə” qarşılaşmasından sonra baş verən hadisələr hər iki klubun ciddi maliyyə itkisi və diskvalifikasiyalarla üzləşməsinə səbəb olub.

“Neftçi” azarkeşlərinə və texniki zonaya görə böyük məbləğdə cərimələndi

Görüşün gedişində “ağ-qaralar”ın azarkeşləri tərəfindən baş hakimə ünvanlanan təhqiramiz ifadələr klubun büdcəsinə ciddi ziyan vurub. Bu hal cari mövsümdə artıq 7-ci dəfə təkrarlandığı üçün “Neftçi” 8000 manat məbləğində cərimə olunub. Bundan əlavə, meydançaya kənar əşyaların atılması (mövsümdə 5-ci hal) kluba daha 4500 manat itki bahasına başa gəlib.

Görüşün gedişində “ağ-qaralar”ın azarkeşləri tərəfindən baş hakimə ünvanlanan təhqiramiz ifadələr klubun büdcəsinə ciddi ziyan vurub. Bu hal cari mövsümdə artıq 7-ci dəfə təkrarlandığı üçün “Neftçi” 8000 manat məbləğində cərimə olunub. Bundan əlavə, meydançaya kənar əşyaların atılması (mövsümdə 5-ci hal) kluba daha 4500 manat itki bahasına başa gəlib.

Klubun texniki zonasında yaşanan gərginlik də cəzasız qalmayıb. Baş məşqçi Yuri Vernidub birbaşa qırmızı vərəqə aldığı üçün klub 5000 manat cərimələnib. Matç bitdikdən sonra meydandan qovulan köməkçi məşqçi Dmitro Kara-Mustafaya görə daha 5000 manat cərimə kəsilib. Vinger Breno Almeydanın birbaşa qırmızı vərəqəsi kluba 3000 manata başa gəlib. Hər üç şəxs növbəti 1 oyunluq diskvalifikasiya edilib.

“Zirə”də hakim avtomobilinə ziyan və məşqçi cəzası

Qonaq komanda “Zirə” də intizam sanksiyalarından yayına bilməyib. Stadion ərazisində qarşılaşmanın hakiminə məxsus avtomobilin zədələnməsi səbəbindən klub 3000 manat cərimə olunub. Cari mövsümdə ilk dəfə yaşanan bu hadisə ilə bağlı qərarda bildirilir ki, dəymiş ziyan tamamilə “Zirə” klubu tərəfindən ödənilməlidir.

Bundan başqa, “qartallar”ın məşqçisi Ağabala Ramazanov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb, klub isə 2000 manat cərimə edilib.Hər iki komandanın futbolçuları oyun zamanı kobudluqla yadda qalıblar. “Sarı vərəqə” limitini aşan (limitdən çox xəbərdarlıq alan) hər iki klubun hər biri əlavə olaraq 700 manat məbləğində cərimələnib. Bu qərarlardan sonra “Neftçi” ümumilikdə 26 200 manat, “Zirə” isə 5 700 manat (üstəgəl avtomobilə dəymiş ziyan) ödəyəcək.

Paylaş:

Xəbər Lenti

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52