“Neftçi” geri çəkildi: 26 minlik cərimə və bir oyunluq “təskinlik”

22.04.26 | 13:28
Ölkə futbolu

Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” matçından (1:1) sonra yaranan gərginlik səngimək bilmir. AFFA İntizam Komitəsinin (İK) çıxardığı ağır qərarlara baxmayaraq, paytaxt təmsilçisi rəsmi instansiyalara müraciət etməkdən imtina edib.

“Ağ-qaralar” İntizam Komitəsinin qərarlarından, xüsusən də azarkeşlərlə bağlı tətbiq edilən sanksiyalardan ciddi narazıdır. Klub rəhbərliyi hesab edir ki, “Zirə”nin qaydalar çərçivəsində vurulmayan qolunun qeydə alınması tribunada emosiyaların pik həddə çatmasına səbəb olub. Hakimlərin kobud səhvi fonunda yaranan bu gərginliyə görə “Neftçi” tərəfi daha mülayim və anlayışlı yanaşma gözləsə də, İK azarkeşlərin təhqiramiz ifadələrinə görə kluba güzəştə getməyib.

Maraqlı məqamlardan biri də məşqçilər korpusunun cəzalandırılması ilə bağlıdır. Belə ki, klub rəhbərliyi Yuri Vernidub, Dmitro Kara-Mustafa və Breno Almeydanın qırmızı vərəqə aldıqları üçün 3-4 oyunluq kənarlaşdırılacağından ehtiyat edirdi. Lakin cəzaların cəmi 1 oyunla məhdudlaşması “Neftçi” düşərgəsində müsbət qarşılanıb. Klub daxilində hesab edirlər ki, hakimlərin və rəsmi qurumların üzərində qurulan təzyiq öz bəhrəsini verib və daha ağır sanksiyaların qarşısını alıb.

Xatırladaq ki, sözügedən qarşılaşmanın yekununda AFFA İntizam Komitəsi müxtəlif qayda pozuntularına görə “Neftçi” klubunu ümumilikdə 26 200 manat məbləğində cərimələyib. Klub bu məbləği ödəməli olsa da, apellyasiya şikayəti verərək məsələni daha da uzatmamaq qərarına gəlib.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54