Albaniyada start götürən Avropa çempionatında yunan-Roma güləşçilərimiz medallara doğru irəliləyir. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) rəqiblərini üstələyərək adlarını yarımfinala yazdırıblar.
Eyni zamanda, bu axşam üç güləşçimiz — Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) Avropanın bürünc medalı uğrunda xalça üzərinə çıxacaqlar. Uduzan idmançılarımızın (Ruslan Nurullayev və Murad Əhmədiyev) təsəlliverici görüşlərdə iştirakı isə rəqiblərinin finala çıxıb-çıxmamasından asılıdır.
Xatırladaq ki, komandamız turnirdə 25 idmançı ilə qələbə mübarizəsi aparır.