Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45
Dünya futbolu

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand, Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilən “Arsenal”la matçda (2:1) yaşanan gərginlikdən danışıb. Forvard, oyun zamanı rəqiblərlə girdiyi fiziki mübarizələrin şəxsi həyatında necə qarşılandığına da toxunub.

Xatırladaq ki, sözügedən qarşılaşmada “topçular”ın müdafiəçisi Qabriel Holandın kürəyinə tullanaraq onu yıxmağa çalışmış, nəticədə hər iki futbolçu ot örtüyünə sərələnmişdi. Epizodun davamında tərəflər arasında kəllə-kəlləyə gəldikləri kəskin mübahisə yaranmış və baş hakim Entoni Teylor hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırmışdı.

Holand baş verənləri belə şərh edib: “Bura Premyer Liqadır, burada hər addımda amansız mübarizə var. Meydanda çoxlu duellər yaşanır və etiraf edim ki, sevgilim bu cür toqquşmaları heç xoşlamır. Lakin futbolun reallığı budur”.

Rəqibinin hərəkətini şərh edən Holand, hakimin qərarı ilə razılaşmadığını gizlətməyib: “Həmin vəziyyətdə Qabriel qırmızı vərəqə almalı idi. Əgər mən asanlıqla yerə yıxılsaydım, yəqin ki, çoxunuz onun cəzalandırılmalı olduğunu düşünərdiniz. Amma mən heç vaxt bunu etməzdim. Çünki atam mənə hər nə olursa olsun, həmişə ayaqda möhkəm durmağı öyrədib. Elə də oldu: yıxılmadım, mübarizə apardım, lakin əvəzində sarı vərəqə aldım”.

Hazırda turnir cədvəlinə başçılıq edən “Arsenal” barədə danışan Holand, diqqəti öz komandasına yönəldib: “Onlar hələ də liderdir. Rəqib haqqında çox danışmaq istəmirəm. Biz ancaq öz oyunumuza köklənməli və hər şeyi düzgün etdiyimizə əmin olmalıyıq”.

Paylaş:

Xəbər Lenti

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56